Bu il 54 uşaq övladlığa verilib

Bu il 54 uşaq övladlığa verilib

Bu ilin 6 ayı ərzində dövlət uşaq müəssisələrindəki uşaqların doğma ailə mühitinə qayıdışına nail olunması istiqamətində işlər davam etdirilib.

Nazirlikdən SİA-ya verilən məlumata görə, bu müddətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət müəssisələrindən 31 uşaq ailələrinin istəkləri əsasında yenidən doğma ailələrinə qaytarılıb, onlardan 11-i qız, 20-si oğlandır.

Nazirliyin e-sosial.az portalı vasitəsilə övladlığagötürmə ilə bağlı edilmiş müraciətlərə uyğun olaraq, yanvar-iyun aylarında 26-sı oğlan, 28-i qız olmaqla 54 uşaq övladlığa verilib.

Uşaqların övladlığa götürüldüyü ailələrdə monitorinq işləri də davam etdirilib, övladlığa götürülmüş 206 uşaqla bağlı 204 əyani, 2 distant formada monitorinqlər aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə