Rusiyadan alınan metro qatarlarından biri artıq Bakıdadır FOTO

Rusiyadan alınan metro qatarlarından biri artıq Bakıdadır FOTO

Azərbaycanın Rusiyadan aldığı metro qatarlarından biri Bakıya çatıb.

SİA xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov açıqlama verib. Onun sözlərinə görə, 5 vaqondan ibarət göndərilən birinci qatar artıq Bakı Metropoliteninin deposundadır.

Qeyd edək ki, Rusiyanın "Metrovaqonmaş" Səhmdar Cəmiyyətinin "Bakı Metropoliteni" üçün istehsal etdiyi hər biri 5 vaqondan ibarət olan 4 qatar tərkibi iyunun sonunda Bakıya yola salınmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə