XX əsrin əvvəllərində Zəngəzur mahalında 149 türk , 91 kürd və 81 erməni kəndi var idi. 1905-1907 və 1914-1920-ci illərdə silahlı erməni dəstələrinin törətdiyi qırğınlar nəticəsində bu mahalda təxminən yarım milyon yerli əhali - müsəlman (türklər və kürdlər) öldürülüb. Həmin illərdə Zəngəzurda 115 kənd yer üzündən silinmişdir. 4472 qadın və uşaq ermənilər tərəfindən vəhşiliklə qətlə yetirilmişdir.
1988-ci ildə Zəngəzurda Göyçədə, Dərələyəzdə, İrəvanda, Vedidə – indiki Ermənistan adlanan torpalarda yaşayan azərbaycanlılar dədə-baba yurdlarından qovuldular. Kütləvi terrora məruz qalan azərbaycanlıların son nümayəndələri məcburiyyət qarşısında qalıb Zəngəzuru tərk edəndən sonra burada onlara məxsus yüzlərlə tarixi maddi-mədəniyyət abidələri ermənilər tərəfindən dağıdılaraq məhv edilib. Atəşpərəstliyin ən məşhur məbədgahları bu yerlərdə idi və neçə-neçə abidədə izi yaşamaqda idi.
Qərbi Azərbaycanın, o cümlədən Zəngəzur mahalının qədim Azərbaycan torpağı olması, sakinlərinin isə türk qəbilə tayfalarından ibarət olması tarixi faktlarla, xüsusilə toponimik adlara təsdiqini tapmışdır. Yazılı mənbələrdə, tarixi kitablarda adı çəkilən Kənkər (Kanqar) tayfalarının V əsrdən Xəzərin hər iki sahilində sərbəst hərəkəti, şimallı, cənublu, qərbli Azərbaycanın hər yerində olmaları, yaşadıqları yerlərə öz adlarını vermələri bunun bariz nümunəsidir. Zəngəzur mahalında olan çayların, dağların, ziyarətgahların, hətta balaca dərələrin adları türk, türk-fars, türk-ərəb mənşəlidir... Bütövlükdə Azərbaycan, o cümlədən onun ayrılmaz hissəsi olmuş Qərbi Azərbaycan və onun Zəngəzur mahalı türk xalqlarının maddi-mədəniyyət qalıqları ilə zəngindir. Qafanda, Sisyanda, Mehridə və b. bölgələrdə neçə minillikdən hunlardan, saklardan, xəzərlərdən, azlardan, qarqarlardan, oğuzlardan, səlcuqlardan və daha neçə-neçə doğma etnoslardan xəbər verən abidələr özünü qoruyub saxlamışdır.
Prezident İlham Əliyev Xocahəsən qəsəbəsində şəhid ailələri üçün mənzil və avtomobillərin təqdim olunması mərasimində çıxışı zamanı deyib: "İndi isə yeni dövr başlayıb-quruculuq dövrü, postmünaqişə dövrü. Mən bunu dəfələrlə demişəm, bir daha demək istəyirəm, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi öz həllini tapıb. Bu münaqişə həll olunub. Bunu da həll edən tərəf bizik, Azərbaycan dövlətidir. Biz bunu birtərəfli qaydada həll etmişik.
Biz Qələbə qazanmışıq. Bizim bu gün gündəlikdə duran hər hansı başqa bir məsələmiz yoxdur. Biz öz sərhədlərimizə çıxmışıq, Ermənistan-Azərbaycan sərhədini nəzarətə almışıq. Biz artıq quruculuq işlərinə başlamışıq. Əgər kimsə deyirsə ki, həll olunmayıb, gəlsin desin, bunun həllini necə görür, nə həll olunmayıb? Əgər dırnaqarası Dağlıq Qarabağ statusundan söhbət gedirsə, mən demişəm, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Dağlıq Qarabağ yoxdur, Qarabağ var. İyulun 7-də imzaladığım Fərman əsasında Qarabağ iqtisadi zonası yaradıldı, vəssalam.
Bütün Qarabağa aid olan rayonlar orada birləşib. “Şərqi Zəngəzur iqtisadi zonası yaradılıb. İndi Ermənistanda bu məsələ ilə bağlı isterikaya qapılırlar. Buna ehtiyac yoxdur, Şərqi Zəngəzur bizim tarixi torpağımızdır, Qərbi Zəngəzur bizim tarixi torpağımızdır”. Biz tarixi unuda, kiminsə siyasi maraqlarının girovuna çevrilə bilmərik: “Gəlsinlər, açsınlar tarixi sənədləri, xəritələri, baxsınlar, sovet hökuməti Zəngəzuru nə vaxt Azərbaycandan qoparıb Ermənistana verib. Bu, yaxın tarixdir - 101 il bundan əvvəl. Yəni, biz deyək ki, bu, olmayıb? Nəyə görə? Biz həqiqəti deyirik. Bizim dədə-baba torpağımızdır: bütün Zəngəzur - Şərqi və Qərbi Zəngəzur. İndi Ermənistanda deyirlər ki, İlham Əliyev ərazi iddiası ilə çıxış edir. Əgər Şərqi Zəngəzur varsa, deməli Qərbi Zəngəzur da var. Bəli, Qərbi Zəngəzur bizim dədə-baba torpağımızdır. Demişəm ki, biz oraya qayıtmalıyıq. Bunu hələ on il bundan əvvəl demişəm. Mənim çıxışlarım hamısı mətbuatda var. Demişəm ki, bizim dədə-baba torpağımızdır, biz oraya qayıtmalıyıq və qayıdacağıq və qayıdırıq. Heç kim bizi dayandıra bilməz. Mütləq qayıdacağıq, çünki bunun başqa yolu yoxdur.
Və Azərbaycan Zəngəzur dəhlizindən dəmiryolu və avtomobil yolunun çəkilməsini istəyir. Bu yol həm Azərbaycanının böyük hissəsini Naxçıvanla əlaqələndirəcək, həm də Naxçıvan üzərindən Azərbaycan Türkiyə ilə birbaşa dəmiryolu və avtomobil yolu ilə əlaqə quracaq.Qarabağ münaqişəsindən əvvəl bu dəhliz isitfadə olunub, amma münaqişədən sonra Naxçıvanla quru əlaqəsi, ancaq İran ərazisindən keçməklə olub. Azərbaycan Prezidenti İlham Əliyev müsahibəsində Zəngəzur dəhlizinin icrası barədə danışarkən "Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik"-deyib.
İndi bütün kommunikasiyalar açılandan sonra, əlbəttə, biz qayıdacağıq və Azərbaycan əhalisi öz dədə-baba torpaqlarına qayıdacaq. Üçtərəfli 10 noyabr Bəyanatında göstərilir: Bütün qaçqınlar öz doğma torpaqlarına qayıtmalıdırlar. Bizim doğma torpağımız Zəngəzurdur, bizim doğma torpağımız Göyçə mahalıdır, İrəvandır. Biz qayıdacağıq, əlbəttə...”
Sonda dövlət başçısı ermənilərə odla oynamamağı məsləhət gördü. O bildirdi ki, Azərbaycanın dəmir yumruğu hələ də yerindədir və əgər ölkəmizə qarşı zərrə qədər təhlükə olarsa, onlar dərhal məhv ediləcəklər.
Müstəqillik bizim ən böyük sərvətimizdir, ən böyük dəyərimizdir. Müstəqillik illərində biz bir amalla yaşayırdıq ki, doğma torpağımızı düşmənin əlindən alaq, işğaldan azad edək və ərazi bütövlüyümüzü bərpa edək. Biz buna nail olduq!
Gülüs Əhmədova
Xəzər rayonu, Ə.Quliyev adına 121 №li tam orta məktəbin müəllimi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB