Son dövrlər havaların quraq keçməsinə və suvarma suyuna olan tələbatın ödənilməsində yaranan problemlərə baxmayaraq, ağstafalı fermerlər arpa sahəsindən 28.5 sentner, buğda sahəsindən isə 36.5 sentner məhsul götürüblər. SİA xəbər verir ki, rayonda kombaynlar vaxtında biçinə başladığından, fermerlər arpa və taxıl sahələrindən heç bir itki olmadan məhsullarını yığa biliblər.
Tovuz rayonunda da əvvəlki illərə nisbətən dənli bitkilər üçün əkin sahələri genişləndirilib, ümumi rayon üzrə dənli bitkilərin məhsuldarlığı isə 37 sentner təşkil edib.
Müəllif: Mirqəmər Mənsimova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB