Nağılbazlığa qurşanmış Anar Cəbrayıllının Səbail su idarəsinin müdiri Raufun şəninə söylədiyi rep-ariyası

Nağılbazlığa qurşanmış Anar Cəbrayıllının Səbail su idarəsinin müdiri Raufun şəninə söylədiyi rep-ariyası

Rauf bizə himayədar,

İdarədə açıb bazar.

Olsa da bir qara azar,

Gözümüzdə bir qəhrəman.

Bir divanə, dəli kimi,

Çökür cana zəli kimi.

İndi düşüb ölü kimi,

Başı üstə çöküb duman.

Müdir kimi dəbə girib,

Virus olub həbə girib.

Cibgirsayaq cibə girib,

Saxtakarlıq edir yaman.

Demə, astagəl, astadı,

İanə yığan ustadı.

O, kürsüsündə postdadı,

Çoxlarına vurub ziyan.

Özünü göstərir zorba,

Yeməkdədi haram şorba.

Boğazına salıb torba,

Bu yolla doldurur plan.

Suda açıb yekə guşə,

Fırıldağı edib peşə.

«Azərsu» da gəlib cuşə,

Belinə atıbdı palan.

Adı müdiriyyətə əziz,

«İşi» duru sudan təmiz.

Özü «mahir mütəxəssis»,

«Azərsu»dadı haçandan.

O, bir kabus, qara niyyət,

Verməkdə xalqa əziyyət.

Kim etsə ondan şikayət,

İşi olmayacaq asan.

Gözlərinə dolmamış qum,

Anar, tez ol yanına cum.

Kürəyinə yüklər rüsum,

O dəqiqə çökər masan.

12.07.2021 Valeh Məhərrəmli

Bir il əvvəl 60 kubmetr həddində idarənin kompüterində proqramlaşdırılmış saxta su borcu haqda

Bütün xəbərlər Facebook səhifəmizdə