Qurban bayramının fəlsəfəsi və Azərbaycan xalqının yazdığı Zəfər tarix - MƏQALƏ

Qurban bayramının fəlsəfəsi və Azərbaycan xalqının yazdığı Zəfər tarix - MƏQALƏ

Bəşəriyyət, insan cəmiyyəti yarandığından tanrıya qurban kəsmək kimi adətlər bütün xalqlarda olmuşdur. Nələrisə qazanmaq üçün nəyinsə qurban verilməsi fəlsəfəsi bütün dövrlər və xalqlarda təzahür edib. Sonuncu səmavi din olan islamda Allaha xatir qurban verilməsi fəlsəfəsi özünün ən yüksək dəyərinə çatdı. Xalqımız uzun əsrlər islamın bu ənənəsini kamilləşdirərək həmrəylik, qardaşlıq, paylaşmaq rəmzinə çevirdi. Azərbaycan müstəqilliyi bərpa ediləndən sonra bütün dünya müsəlmanlarının həmrəylik və qardaşlıq rəmzi olan Qurban bayramı dövlət səviyyəsində qeyd olunmağa başladı. Digər dəyərlər kimi, Qurban bayramıda zamanın sınaqlarından keçmişdir. Ateizim təbliğ edən sovet dövründə rəsmi mətbuatda milli mənəvi dəyərlər əleyhinə yabançı yazılar getdiyi dövrlərdə belə xalq içində bu bayram gizlidə olsa qeyd edilirdi.

Azərbaycan 100 illərlə müxtəlif xalqların və dini mənsubların mehriban bir ailə kimi yaşadığları ölkədir. Azərbaycanda qarşılıqlı hörmət və etimada əsaslanan nümunəvi birgəyaşayış mühiti mövcudur. Bu bayram günündə müxtəlif dini konfesiyyaların nümayəndələri vahid Azərbaycan xalqının birlik və qardaşlığını nümayiş etdirir, müsəlman dostlarını təbrik edirlər. Bu xalqın mənəvi birliyinin ifadəsidir. Ümumilli Lider Heydər Əliyev hər il ölkəmizdə qeyd edilən dini bayramlar münasibəti ilə xalqı təbrik etmişdir. Ulu Öndər müxtəlif illərdə Qurban bayramını məcburi köçkün soydaşlarımızla keçirirdi. Bu ənənə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident hər il xalqa bayram təbriki ünvanlayır. Bu baxımdan Prezident İlham Əliyev 2017-ci ili Azərbaycan Respublikasında "İslam həmrəyliyi" ili elan etmişdir. Azərbaycan müsəlman dünyasının ayrılmaz parçasıdır. Hələ əsrlər boyu ölkəmiz islam mədəniyyətinin inkişafına, tolerantlıq mühitinin təşəkkül tapmasına, mədəniyyətlər arası və sivilizasiyalar arası dialoqun qurulmasına, islamın dünyada təbliğinə misilsiz tövhələr bəxş etmişdir. Hələ Ulu Öndər Qurab bayramında xalqa müraciət edərkən bu müqəddəs bayramda Azərbaycanın suverenliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün bərpa edilməsini arzu etmişdir. "Əminəm ki arzu və diləkləriniz Allahın köməkliyi və xalqımızın qeyrəti ilə həyata keçəcək xalqımızın haqq işi qalib gələcək. Vətən torpağının mənfur düşmən taptağından tamamilə azad ediləcəyi gün uzaqda deyil".

Öz növbəsində Prezident İlham Əliyev Qurban bayramı münasibəti ilə xalqa müraciətində vətən uğurunda canlarından keçənlərin ruhunu anmış xalqın əminamanlığı üçün Allaha dualar səsləndirilmişdi. "Qurban bayramıda cəmiyyətimizdə milli mənəvi həmrəyliyin təntənəsinə çeviriləcək, uca yaradanın mərhəməti heç zaman xalqımız üzərindən əskik olmayacaq". Uca tanrı xalqın və liderlərinin səsini eşitdi. Qurban bayramında müsəlmanlar Allah yolunda hər bir fədakarlığa hazır olduğlarını nümayiş etdirdikləri kimi Vətən müharibəsi dövründədə bütün xalq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında vətən naminə canlarından keçməyə hazır olduğlarını göstərdilər. Bu xalqın böyüklüyü öz ali dəyərlərinə sadiqliyin parlaq ifadəsi idi. Xalq öz övladının qanını və canını vətən yolunda əsirgəmədi. Əgər Qurban bayramı Allah yolunda fədakarlığın nümunəsidirsə, II-ci Qarabağ müharibəsi xalqın vətən yolunda fədakarlığ nümunəsidir. Bu Qələbə qurbanlarımızın qəbul olunmasının göstəricisidir. Qurban bayramınız mübarək!

Elçin Əliyev

26 saylı orta məktəbin tarix müəllimi

Bütün xəbərlər Facebook səhifəmizdə