Allahın qəbul etdiyi dua..., - həyata keçən arzu - MƏQALƏ

Allahın qəbul etdiyi dua..., - həyata keçən arzu - MƏQALƏ

Azərbaycan Respublikasının rəsmi bayramlarından biri olan, Qurban bayramı islam aləmində ən möhtəşəm bayramlardan biridir. İslamda cəmi iki bayram — “eydül-əzha” (Qurban bayramı kimi tanınan bayram) və “eydül-fitrə” (Orucluq bayramı — kiçik bayram) bayramlar qanuniləşdirilmişdir. Qurban bayramı islam dininin ən vacib sayılan, vacib əməllərindən biri kimi müqəddəs kitabımız olan Qurani-Kərimin tələb etdiyi dini ayindir. Bu bayram müsəlmanların həcc ziyarəti mərasiminin bir hissəsidir. Qurban bayramı müsəlman təqviminin (Hicri-qəməri təqvimi) 12-ci ayı olan Zilhiccə ayının 10-cu günü qeyd olunur.

Dünya sivilizasiyasının möhtəşəm səhifəsini təşkil edən, öz demokratik, humanizmi və bəşəri idealları ilə qəbul edilən İslam dini, Azərbaycanda həmişə uca tutulduğu üçün bu bayram ölkəmizdə 2 gün qeyd edilir.

İnsanları mərhəmətə, həmrəyliyə və qardaşlığa dəvət edən Qurban bayramı, İslamın bir din kimi tamamlanmasını və mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini özündə təcəssüm etdirir. Bu bayram, müsəlmanların Uca Tanrıya yaxınlığın fərəhinin yaşamaq fürsəti və Allah yolunda hər cür fədakarlığa hazır olduqlarını göstərir.

"Qurban" sözü ərəb dilində “yaxınlaşmaq” mənasındakı felin kökündən gəlir. Bizdə Azərbaycan xalqı olaraq hər zaman Allaha, Onun peyğəmbər və elçilərinə yaxın olmağı, Allahın əmrlərini yerinə yetirməyi və Onun bizə əmanət etdiyi vətən torpaqlarımıza, ərazi bütövlüyümüzə sahib çıxmağımızı istəmişik, uzun illər boyu, gecə-gündüz namaz qılıb dualar etmişik.

Dövlətimizin başçısı, Silahlı Qüvvələrimizin müzəffər Ali Baş Komandanı İlham Əliyev cənabları, müqəddəs Məkkə şəhərində, Həcc ziyarətini edən zaman da, Kəbə evinin içində namaz qılanda da, əllərini səmaya qaldırıb, vətənimizin ərazi bütövlüyünü qorumaqda, işğal olunmuş torpaqlarımızın geri qaytarılmasında Uca Allahdan ona kömək etməsini israrla Allahdan istəmişdir, saf qəlbi ilə Ona dualar etmişdir.

Bununla da, üzərindən az vaxt keçmədən 27 sentyabr 2021-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanı İlham Əliyev Uca Allahın razılığı ilə vətən torpaqlarımızın geri qaytarılması əmrini verdi və təbii ki,44 gün sonra ordumuz Allahın iznilə möhtəşəm zəfər qazandı.

Bu zəfər sadə bir zəfər deyildi, bu, Allahın nankorlar, xəyanətkarlar, vandallar üzərində zəfəri idi, haqqın, ədalətin zəfəri idi. Bu, uca Tanrının bizə əmanət etdiyi yer üzərindəki Qarabağ adlı cənnətə sahib çıxmağımızın zəfəri idi.

Bəli, əzəmətli və yenilməz olan Allahın iznilə, qəlbində Ona qarşı sonsuz sevgi və sayqısı olan dövlət başçımız İlham Əliyev cənablarının arzusu həyata keçdi!

Çünki, əzimli dövlət başçımız, mərd xalqının və sadiq dostlarının mənəvi dəstəyi ilə Allahın istəyini yer üzərində həyata keçirtdi.

Qurban bayramı hər il böyük təntənə ilə qeyd edilir.Ölkəmizin hər yerində Allahın adına qurbanlar kəsilir, geniş xeyriyyəçilik işləri görülür, dövlətimizin tərəqqisi və əmin-amanlığı üçün dualar edilir, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur.

Azərbaycanın inkişafının və xalqının rifahının yüksəltməsində öz əvəz olunmaz töhfəsi olan dövlət başçımız İlham Əliyev cənablarını, vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ailələrini, bizə zəfər sevinci yaşadan qazilərimizi, əhalinin sağlamlığının qorunmasında vəzifə borcunu şərəflə yerinə yetirən Səhiyyə Nazirini mənəvi kamillik və vəhdət rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə öz adımdan və Sanator-Kurort Reabilitasiya Mərkəzinin əməkdaşları adından təbrik edirəm.

Qurban bayramınız mübarək olsun!

Mürsəl Mürsəlov

Xəzər rayonu, Sanator-Kurort Reabilitasiya Mərkəzinin baş direktoru

Bütün xəbərlər Facebook səhifəmizdə