"Delta ştammı" Azərbaycanda və biz bu addımı atmalıyıq - DİQQƏT! - HƏKİM AÇIQLADI

"Delta ştammı" Azərbaycanda və biz bu addımı atmalıyıq - DİQQƏT! - HƏKİM AÇIQLADI

“Azərbaycanda koronavirusun "Delta ştammı"nın birdən-birə 31 nəfərdə aşkarlanmasının səbəbi sərhəddə yaxşı nəzarət olunmamasıdır”. Bu fikirləri SİA-ya açıqlamasında həkim terapevt, tibb elmləri namizədi, Tibb Universitinin dosenti, Respublikanın əməkdar həkimi Tariel Eyvazov deyib.

Həkimin sözlərinə görə, bu gün istənilən adam turist və ya qeyri-turist hazırda qonşu ölkələrdən Azərbaycana gələ bilir: “Biz əgər, bu virusla mübarizədə müsbət tendensiya əldə etmək istəyiriksə, ilk növbədə sərhədlərimizdəki tibbi xidmət, müayinə, izolyasiya kimi önləyici tədbirləri gücləndirməliyik”.

T.Eyvazov vurğulayıb ki, ölkəyə qonşu ölkələrdən gələn hər bir şəxs kütləvi yoluxmaya səbəb ola bilər: “"Delta ştammı" kənardan gəlmədir. Bu ştamm Azərbaycanda öz-özünə yaranmayıb, bu digər ölkələrdən gəlib. Bu virusdan qorumanqda bir nömrəli məsələ əlaqənin olmamasıdır. Əlaqə olmadıqda bu xəstəliyin gəlmə ehtimalı yoxdur. Hazırki zamanda əlaqələrin olması normaldır. Ona görə də bu məsələyə ancaq və ancaq sərhəddə nəzarət olunmalıdır”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə