Gəncədə qaz xətlərinin dəyişdirilməsinə başlanılıb

Gəncədə qaz xətlərinin dəyişdirilməsinə başlanılıb

Gəncə şəhərinin qaz xətləri yeraltı sistemlə çəkilir. Gəncə şəhər Qaz İstismarı İdarəsinin baş mühəndisi Şubay Nəsibovun SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, işlər "Azəriqaz" QSC və İcra Hakimiyyətinin göstərişi ilə həyata keçirilir.

Artıq uzun illərdir yararsız vəziyyətdə olan qaz xətlərinin dəyişdirilməsi qaçılmaz hal alıb. Mütəxəssislərin apardığı araşdırmanın nəticələri göstərir ki, polietilen borularla mavi yanacağın çəkilişi bütün abonentlərə eyni təzyiqdə qazın verilməsini təmin etməklə yanaşı, təhlükəsizlik baxımından da etibarlı hesab olunur. Artıq 7 km qaz xəttinin çəkilişi yekunlaşıb.


İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə