Güclü yağış Gəncədə ağır fəsadlar törədib

Güclü yağış Gəncədə ağır fəsadlar törədib

Gəncədə yağıntılı hava şəraiti bir sıra fəsadlar törədib.

SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, ötən gün axşam 22 radələrindən yağmağa başlayan güclü yağış selə səbəb olub.

Sel şəhərin bir neçə küçəsində avtomobillərin hərəkətinə, həmçinin, insanların gediş-gəlişinə çətinliklər yaradıb.

Şəhərin Sadıllı, Məhsəti qəsəbəsi sel suları altında qalıb. Bəzi həyətlərə sel suları ilə dolub. Hazırda ölkənin qərb bölgəsində - Göygöl, Samux, Daşkəsən, Şəmkir və Gədəbəy rayonlarına qeyri-sabit hava şəraiti davam edir.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə