Yeni Medianın İnkişafı Agentliyi yarandığı gündən müxtəlif layihələrə, tədbirlərə, müsabiqələrə imza atır. 22 İyul Milli Mətbuat günündə böyük tədbir keçirilməsi planlaşdırılır. Tədbirdə gənc jurnalistlərin də iştirakı gözlənilir. Bəs gənc jurnalistlər və jurnalist tələbələrin Agentlik tərəfindən önə çəkilməsi necə dəyərləndirilir? SİA məsələ ilə bağlı Bakı Dövlət Universitetinin Jurnalistika fakultəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Samir Xalidoğlunun fikirlərini öyrənməyə çalışıb.
Samir Xalidoğlu bildirib ki, Media İnkişaf Agentliyinin fəaliyyəti təqdir olunmalıdır: "Media İnkişaf Agentliyi yeniliklər etməkdə maraqlıdır. Bu diqqəti və yenilikləri mətbuat nümayəndələri də hiss edir. Xüsusən də Media İnkişaf Agentliyinin yeni layihələrnən çıxış etməkləri hər kəsin diqqətini çəkir və mətbuat nümayəndələri tərəfindən bəyənilir. Media İnkişaf Agentliyinin 22 iyul Milli Mətbuat günündə keçirəcəyi tədbir xüsusilə fərqlənir. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələri də 22 iyulda keçiriləcək tədbirə dəvət olunublar. Agentliyin bu tədbiri hər kəs tərəfindən bəyənilən bir təşəbbüsdür. Yəqin ki, yaxın zamanda yeni layihələrlə bağlı məlumatlar veriləcək. Gənc jurnalistlərin, tələbələrin bu tədbir və layihələrə cəlb olunması, həmçinin ölkənin əsas jurnalist kadrları yetişdirən və jurnalist ixtisası üzrə gələcəyin kadrlarını hazırlayan təhsil ocağının və elm məbədinin - Bakı Dövlət Universitetinin Agentliyin tədbirindəki iştirakı təqdir olunmalıdır. Düşünürəm ki, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi olaraq Agentlik ilə əlaqələrimiz daha sıx şəkildə inkişaf edəcək".
Mövzu ilə əlaqədar Jurnalistika fakültəsinin Tədris tele-radio studiyasının müdiri Ramin Rzayev də fikir bildirib.
Ramin Rzayev Media Inkişafi Agentliyinin 22 iyul - Milli Mətbuat günündə gənc jurnalistlərin tədbirə dəvət olunmasını müsbət dəyərləndirib: "Bu istiqamətdə həm tələbələrin, həm də gənc jurnalistlərin praktik fəaliyyətini ortaya atılması müsbət haldır. Yəqin ki, Medianın İnkişafı Agentliyi tərəfindən sonda gənc jurnalistlərə və jurnalist tələbələri həvəsləndirmək üçün mükafatlandırması gözlənilir. Gənc jurnalistlərin bilik və bacarıqlarının ortaya qoyulması və təkminləşdirilməsi baxımından çox yaxşıdır. Media İnkişaf Agentliyinin son dövrdəki fəaliyyəti daha yaxşıdır. Yeni layihələrin təqdim edilməsi, müsabiqələrin və tədbirlərin keçirilməsi mətbuat nümayəndələri və jurnalistlər tərəfindən bəyənilir. Bu baxımdan mediaya dəstək göz qabağındadır. Media İnkişaf Agentliyi yeni və ənənəvi medianın inkişafı üçün dəstəyini əsirgəmir. Bu formada layihələrin təqdim olunması və gənc jurnalistlərin qiymətləndirilməsi və gənc jurnalistlərin önə çəkilməsi çox vacibdir. Düşünürəm ki, jurnalist tələbələr və praktik fəaliyyətlə məşğul olan gənc jurnalistlər daha aktiv şəkildə inkişaf edib öz bacarıq və biliklərini ortaya qoyacaqlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB