Qurban bayramında qurbanlıqlar necə kəsilməlidir? - PAYTAXT SAKİNLƏRİ -SORĞU
Qurban bayramı İslam dininin ən müqqəddəs bayramlarından biridir. Qurban bayramının yaxınlaşdığı ərəfədə qurbanlıq heyvan kəsənlər üçün maraqlı bir sual yaranır. Qurban bayramında qurbanlıqlar necə kəsilməlidir? Bu sualın cavabın öyrənmək üçün SİA paytaxt sakinləri arasında sorğu keçirdi.
Şəhər sakini Mir Qocayev: "Əgər din üçün kəsilirsə, yəni qurban kimi yoxsullara paylanacaqsa, kəsilmə zamanı bütün gigeyana qaydalarına mütləq əməl olunmalıdır. Heyvanın kəsilməsi zamanı bütün qaydalara riayət etmək lazımdır. İslam aləmi üçün düzgünü məhz budur. Qurban pulla verilə bilməz. Qurban Allahın rızası üçün imkanı olmayan şəxslərə, yoxsullara verilən bir paydır. Gigeyana qaydalarına əməl olunmazsa, burada qurbanlıqdan söz gedə bilməz. Qurban bayramı dini bayramdır. Buna görə qurbanların təmiz şəkildə və islama uyğun qayda ilə kəsilməyi çox vacibidir. Pay verilən ətin keyfiyyəti də çox önəmlidir".
Şəhər sakini Turqay Musayev: "Antisanitar şəkildə qurbanların kəsilməsi ilk öncə olaraq dinimizə uyğun deyil. Dinimizdə qurbanın kəsilməsinin öz qayda-qanunları var. Belə ki, heyvana əziyyət verilməməli, iti bıçaqla kəsilməli və heyvanın gözü bağlanmalıdır. Eyni zamanda təmiz yerdə kəsilməsi olduqca vacibdir".
Şəhər sakini İlham Əliyev: "Qurban bayramı bütün müsəlman ölkələrinin keçirtdiyi dini bayramdır. Bu baxımdan bu bayrama verilən diqqət daha çoxdur. Küçələrdə antisanitar şəkildə qurbanların kəsilməsi qəbuledilməzdir. Onu xüsusi yerlərdə kəsib ehtiyacı olanlara paylamaq lazımdır. Qurbanların maddi cəhətdən imkanı olan qohumlara və ya tanışlara verilməsini düzgün hesab etmirəm. Yalnız kasıblara paylanmalıdır".
Şəhər sakini Şükür Əliyev: "Gigiyenik qaydalara əməl olunmadan kəsilən qurbanlar var. Düşünürəm ki bu səhvə yol vermək olmaz. Hazırda bəzi yerlərdə bu qaydalara riayət olunur. Lakin təəssüflər olsun ki, küçənin ortasında islam dininin qaydalarına əməl olunmayan yerlər də var. Qurban bayramı ən müqqəddəs bayramlardan biridir. Şəraitsiz yerdə qurban kəsmək olmaz. Pay veriləcək heyvanın əti də keyfiyyətli olmalıdır. Xəstə heyvanları kəsmək olmaz. Bu proseslərin hamısı müsəlman adət-ənənəsinə uyğun olmalıdır. Qurban kəsdirəndə və pay veriləndə insanlarda müəyyən bir sevinc yaranır".
Şəhər sakini Vaqif Məcidoğlu: "Qurbanların çoxu küçələrdə kəsilir. Bu mənada adiyyatı qurumlar qurbanların kəsilmə şəraitinə diqqət yetirməlidir. Bu şəkildə kəsilən qurbanlar Allah tərəfindən də qəbul olunmaz. Qəssablar daha çox pul qazanmaq üçün şəraitə yetərincə önəm vermirlər. Eyni zamanda kasıb ailələr xüsusi olaraq seçilməlidir. Bəzi insanlar maddi cəhətdən yaxşı olan insanlara da qurban payı verir. İcra hakimiyyətləri bayramda yoxsullara qurban paylanmasına və ərzaqla təmin olunmasına yardım edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB