"Mətbuat günü bu il çox təntənəli keçiriləcək" - BAŞ REDAKTOR ŞƏRH ETDİ
"22 İyul Azərbaycanda Milli Mətbuat Günü elan olunduqdan sonra ölkəmizdə həm Ümummilli lider Heydər Əliyevin, həm də cənab Prezident İlham Əliyevin dövründə mətbuatla bağlı çoxlu sərəncamlar imzalanıb". Bunu SİA-ya açıqlamasında "525-ci" qəzetin Baş redaktoru Rəşad Məcid deyib.
Baş redaktorun sözlərinə görə, mətbuat ölkəmizdə hər zaman diqqət mərkəzində olub: "Milli Mətbuat Günündə jurnalistlərə xüsusi önəm verilib, mətbuat nümayəndələrinin fəaliyyəti qiymətləndirilib və mükafatlandırılma aparılıb. Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı heç bir yerdə görülməyən hadisələr baş verib. İki dəfə jurnalistlərin mənzillə mükafatlandırılması prosesi həyata keçirilib. Eyni zamanda, yazılı mətbuata dəstək göstərilib və dövlət jurnalistlərə təltiflər, mükafatlar verib. Bu isə dövlətin jurnalist əməyinə verdiyi qiymətin nəticəsidir. Bu il yeni "Media haqqında" qanunun hazırlanması barəsində Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı var. Medianın İnkişafı Agentliyinin yaranması görülən yeni işlərin xəbərçisidir və bu istiqamətdə fəal çalışır. İndi jurnalist adına iddia edənlər çoxdur. Sosial şəbəkələrdə blogger, bir nəfərlik saytlar, "Youtube" kanalları istifadə edənlər özlərini jurnalist kimi təqdim edirlər. Bu mənada jurnalist dairəsinin müəyyənləşdirilməsi üçün yeni "KİV haqqında" qanunda yeni maddələr var. Bu maddələrdə jurnalistin kimliyi əks olunub. Eyni zamanda, media subyektləri barədə də xüsusi bənd var. Hesab edirəm ki, bu qanun qəbul edildikdən sonra gələcəkdə bizim dövlətin mediaya dəstəyi xüsusi formasını alacaq. Yenə əvvəlki kimi həm ənənəvi mətbuata, həm də jurnalistlərin əməyinin dövlət tərəfindən tam şəkildə dəstəklənməsinin şahidi olacağıq.
Milli Mətbuat günündə çox güman ki, tədbirlər keçiriləcək. Medianın İnkişafı Agentliyinin müsabiqəsinin qalibləri müəyyənləşəcək. Dövlət qurumları heç vaxt jurnalistləri yaddan çıxartmır və jurnalistlərə, mətbuat nümayəndələrinə təbriklər ünvanlayır. Bu il də mətbuat günümüz çox “qaynar” şəkildə təşkil olunacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB