YAP Qobustan rayon təşkilatının rəhbərliyi şəhidin ailəsini ziyarət ediblər
Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatının rəhbərliyi və partiyanın fəalları Rayonun Sündü kəndindən 44 günlük Vətən müharibəsi şəhidi Quliyev Həsən Yalçın oğlunun doğum günündə məzarını ziyarət edib,önünə gül dəstələri düzüb, şəhidin ruhuna dualar oxumuşlar.Daha sonra şəhidin ailəsi ziyarət olunub.
“Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”,”Xocəvəndin azad olunmasına görə” medalları ilə təltif olunan şəhidimizin keçdiyi şərəfli döyüş yolundan danışılıb. YAP Qobustan rayon təşkilatının rəhbərliyi şəhidin ailəsi ilə söhbətləri zamanı onların problem və qayğıları ilə maraqlanmışlar.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB