Tuğda narkotik tərkibli bitkilər aşkarlanıb

Tuğda narkotik tərkibli bitkilər aşkarlanıb

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan SİA-ya verilən məlumata görə, tədbir zamanı rayonun Tuğ kəndi ərazisində 322 ədəd çətənə kolu polis əməkdaşları tərəfindən aşkar edilərək məhv edilib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə