Görünüş üçün idman edənlər yoxsa... - XƏBƏRDARLIQ! - İDARƏ RƏİSİ VƏ QİDA MÜTƏXƏSSİSİ AÇIQLADI
“Bildiyiniz kimi uzun müddət pandemiya şəraiti ilə əlaqədar olaraq, müəyyən idman növlərinə, idman yarışlarına bağlı zallarda məşqlərin keçirilməsinə məhdudiyyətlər var idi. İndi isə bəzi yumşalmalardan sonra müəyyən məhdudiyyətlər aradan qaldırılıb”. Bu sözləri SİA-ya açıqlamasında Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.
İnsanlar uzun fasilədən sonra idmansız qaldığına görə, aktiv idmanla məşğul olması yaxşı haldır: “Amma bir çox məsələr var ki, hansı ki, insanlar uzun müddət məşqdən uzaq durandan sonra birdən-birə bədənə, ürək-damar sisteminə gücün verilməsi, əzələlərin yorğunluğunu, əzələlərin birdən-birə formalaşmasında sürətli şəkildə intensiv fiziki yükün artıq verilməsi sağlamlığa ziyan və fəsadlar verə bilər. Eyni zamanda bir çoxları müəyyən qida məhsulları, protein və bəzi süni qidaların istifadəsinə üstünlük verilməsi olduqca risklidir və sağlamlıq durumuna orqanizmin yüklənməsinə, fəsadların yaranmasına gətirib çıxara bilər. Ona görə də, məşqçi korpusuna, idman zalları işlədən şəxslərə fərdi qaydada məşğul olan insanlara, peşəkar və həvəskarlara tövsiyə ondan ibarətdir ki, əvvəla birdən-birə fiziki yükün artırılması çox risklidir. Bu qida məhsullarının ekspertlərdən, aidiyyatı yoldaşlarla, mütəxəsislərlə məsləhətləşməmiş xüsusən də yeniyetmə və gənc nəsil üçün böyük fəsadlar və risklər gətirə bilər. Hər bir şey davamlı və məqsədli formada olmalıdır. Buna riayət insanın sağlamlığı üçün çox vacibdir”.

Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova isə fikir bildirib: “Gündəlik hər bir orqanizmin protein qəbulu var və hər kiloqram bədən çəkisinə görə, 1-1.5 qram, amma idmançılar üçün 2 qram olaraq hesablanır. Proteinin ən yaxşı mənbəyi odur ki, biz onu sağlam qidalanma ilə qəbul edək. Bu qidalara misal olaraq ət, yumurta, süd və süd məhsulları, noxud, lobya, balqabaq, boranını göstərə bilərəm. Təbii ki, bir çox idmançılar az vaxta bədəni yükləyərək süni protein tozlarından istifadə edirlər ki, bunun da çox zərərləri var. Əgər, keyfiyyətli hazırlanmış protein tozudursa, mütləq bunu peşəkar müəllim və həkim nəzarəti altında qəbul etməlidir ki, zərərləri ilə üzləşməsin. Sadəcə olaraq bəzi işbazlar, biznes marağında olan insanlar süni şəkildə protein tozları hazırlayırlar ki, həmin protein tozları orqanizm üçün çox zərərlidir".
Məhsəti Hüseynova həmçinin qeyd edib ki, proteinin ilk zərərlərindən biri də odur ki, tərkibində soya lesitini olan protein tozu həzm olunmaqda orqanizmə çox çətinlik verir: “Çünki protein tozunun tərkibində olan soya bildiyimiz kimi GMO-lu məhsuldur. GMO-lu məhsul da həzm olunmur və böyrəklərə həddindən artıq yüklənmə verir. Eyni zamanda həddindən artıq protein tozunu qəbul etdikdə ürək-damar sistemi də zədələnir. Çünki ürək həddindən artıq güclü və özünün standart çalışma mexanizmindən artıq yüklənir. Bundan başqa, protein sümük əriməsinə səbəb olur. Çünki əzələlərin qısa müddətdə birdən-birə artması sümüklərin boşalmasına, kalsiumun azalmasına gətirib çıxardır. Bu da gələcəkdə onurğa sütunun əyilməsi kimi xəstəliklərə də səbəb ola bilər. Protein həmçinin qaraciyərə də öz zərərlərini verir. Kor-koranə şəkildə qəbul olunan protein tozu qaraciyərlərin vasitəsilə orqanizmdən atılması çox çətin olur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB