Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına görə bu il iyul ayının 1-dən qapalı məkanlarda 150, açıq havada isə 50 nəfərin iştirakı ilə toy şənliklərinin keçirilməsinə icazə verilib. Amma toylar başlasa da bəzən olur ki, toylarda yeməklərin atılması, yenidən qonaqlara təqdim olunması halları ilə qarşılaşırıq. Bəs bu mövzu haqda paytaxt sakinləri nə düşünür? Məsələnin aktuallığını nəzərə alaraq SİA paytaxt sakinlərinin fikrini öyrənməyə çalışıb.

Şəhər sakini Mübariz Məmmədov: "Toylarda qalan yeməklər ofisiantlara və müdriyyətə paylanılır. Düşünürəm ki, israfçılığa yol verməmək üçün evdə bişirmək daha yaxşıdır. Bu baxımdan kənd toyları şadlıq sarayında keçirilən dəbdəbəli toylardan daha yaxşıdır. Yəni yenicə alınıb bişirilir və qalanlar isə evdə saxlanılır".
Şəhər sakini Rövşən Hüseynov: "Toylar ailənin bayramı kimi qeyd olunur. Burada insanlar iki gəncin ailə qurması münasibəti ilə yığışırlar. Əfsuslar olsun ki, bizdə toylarda israfçılıq həddən artıq çox olur. Toydan sonra qalan yeməklərin çoxusu atılır. Düşünürəm ki, xaricilərdəki kimi keçirilən toylar daha yaxşıdır. Çünki xaricdə sadəcə iki ailə və yaxın dostlar yığışıb qeyd edirlər. Türkiyə də Avropada keçirilən toylar kimi sadəliyə üstünlük verir. Düşünürəm ki, bu mövzu ilə bağlı ciddi dəyişiklik olmalıdır".
Şəhər sakini Zərifə İsgəndərova: "Ümumiyyətlə Azərbaycan toylarında israfçılıq çox olur. Yeməklərin çeşidi və miqdarı çoxdur. Eyni zamanda çox ifratçılığın olması narahat edən mövzulardandır. Fikrimcə, ailə daxilində, kiçik bir məclislə, sadə yeməklərlə, bir neçə saat ərzində məclisi tamamlamaqla daha sərfəli, səmərəli toy etmək mümkündür. Abartılı toy etmək bəyənilən hal deyil".
Şəhər sakini Aydın Qəhrəmanlı: "Ümumiyyətlə israfçılıq dinimizdə bəyənilməyən şeydir. Yeməklərin atılmağı heç bir halda qəbul edilən deyil. Xaricdə müəyyən qədər qənaətçilik yaradılır. Başqasıdan geri qalmamaq adı ilə bu vasitələrə əl atırlar. Stolda hər şey olur. Lakin sabahı gün bütün yeməklər atılır. Bu məqamda demək lazımdır ki, sadəlik gözəllikdir. Ümumiyyətlə yanaşma dəyişməlidir. Toyların keçirilməsi artıq rəqabət halını alıb. Ailələr bir-birləri üzərində üstünlük əldə etməsi yarışına çevrilib".
Şəhər sakini Nigar Abbasova: "Artıq tamah baş yarar. Düşüncəmə görə, israfçılıq düzgün deyil. Birinci gün toylarda verilən yeməklər ikinci gün təqdim olunur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB