Yeni televiziya kanalı necə olmalıdır? - Yalançı tok-şouları azaltmaq lazımdır - SORĞU
“Velosiped varkən yenisini icad etməyə ehtiyac yoxdur. Yəni, sözümün canı odur ki, yeni televiziya kanalları açılsa, qeyri-adi nəysə baş verəcəyini düşünmürəm. Sadəcə olaraq dünya televizyonçuluq standartlarına, kriteriyalarına cavab verən yeni kanal olarsa, bəli, həmin kanalın baxımlılığı olacaq. Əgər, mövcud kanallar təkrarlanacaqsa, eyni şey təqdim edilməyəcəksə, yəni o kanalın Azərbaycan televiziya efirində nəysə qeyri-adi bir şey edəcəyinə şəxsən mən, inanmıram”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Onun sözlərinə görə, ümumiyyətlə isə televiziyonçuluq hal-hazırda daha çox interaktivlik üzərində qurulub: “Yəni televiziya kanalı mütləq canlı, eyni zamanda interaktiv olmalıdır. Təəssüflər olsun ki, Azərbaycan televiziya kanallarının əksəriyyətinin verlişləri interaktiv deyil. Tamaşaçı da verlişdə iştirak edə, sözünü deyə və müdaxilə edə bilmir. Sual verməkdə də çətinlik çəkir. Mənim özümə də bir neçə dəfə öncədən teatrlaşdırılmış verlişlərdə iştirak etmək üçün müraciət olunub. Yəni, guya tamaşaçı zəngi oldu və ya ekspertlə əlaqə saxladılar deyib tamaşaçıya yalan təqdimat edirlər”.
Azər Həsrət sözlərinə belə davam edib: “Belə olacağı təqdirdə yeni kanallar heç nə ilə fərqlənməyəcək və heç bir uğura imza atmayacaq. Amma fikir plüralizminin yüksək səviyyədə olduğu və interaktivliyin mütləq şəkildə təmin edildiyi kanal olarsa, əmin olun ki, hazırki kanallardan fərqli olaraq o kanala baxış daha artıq olacaq. Amma həqiqətən də, tərəfsizlik, fikir plüralizmi, interaktivlik tamaşaçının fikrinə hörmət, eyni zamanda ekspertlər arasında ayrıseçkiliyin olmadığı bir kanal uğur qazana biləcək”.
Məsələ ilə bağlı, Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu da öz fikirlərini qeyd edib: “Ümumiyyətlə, Azərbaycanda televiziya kanalları zəifdir. Bunu hər kəs bilir. Bəs, niyə zəifdir? Niyə tamaşaçı kütləsi televiziyanın qarşısından artıq qaçıb? Ümumi götürdükdə, normal xəbərlər verilir, reportajlar hazırlanır, tənqidi materiallar və mədəniyyət də var. Lakin, artıq tamaşaçı televiziyanın önündən çəkilib deyə, yenidən onu televiyaya bağlamaq olmur. Bu çox çətin məqamdır. Çünki, oxucunu, tamaşaçını itirdikdən sonra onu geri qaytarmaq olmur. Xəbər keyfiyyətli olmalıdır. Ortada keyfiyyət, dolğun informasiya və məna olmalıdır. Maarifləmdirmə məsələsini qoyaq bir qırağa. Artıq müasir dünyada maarifləndirmə deyə bir termin yoxdur. Efir və KİV maarifləndirmir, məlumatlandırır. Yəni, sən elə bil tok-şou hazırlaya bilərsənki, mən ordan bolluca məlumat ala bilərəm, təfəkkürüm də genişlənər, bilik bazam artar”.
“Keyfiyyətli efir hazırlamaq üçün böyük məbləğdə maliyyə vəsaiti lazımdır. Bu pulu da geri qaytarmaq üçün reklam gəlirləri olmalıdır. Azərbaycanda tam azad reklam bazarı olmalıdır. Televiziyalar həmin reklam bazarından geniş istifadə etməlidir. Televiziyalar yalnız pulun arxasında getməməlidirlər. Pulu isə tamaşaçıdan qazanmaq mümkündür ki, bu da baxış və reklam sayı ilə mümkündür. Bu çox çətin bir məsələdir və yoluna qoymaq üçün köklü dərin islahatlar aparılmalıdır”.
“Televiziyanın özü də çətin vəziyyətdədir. Müasir dünyadır və günü-gündən də televiziya sahəsində yeniliklər olur. Bunların hamısı puldur. Ona görə də çox çətindir. Düşünürəm ki, televiziya kanalları daha çox intellektual verlişlərə yer ayırmalıdırlar. Yalançı tok-şouları azaltmaq lazımdır ki, tamaşaçı geri qayıtsın. Bir şirkət var ki, reytinq ölçür və onun haqqında ingilis şirkəti olduğu deyilir. Qeyd olunur ki, bu şirkət bilərəkdən reytinq cədvəli hazırlayır ki, guya şoulara daha çox baxırlar. Yəni, cəmiyyəti təfəkkür baxımından korlamaq istəyirlər. Bu şirkətin kim olduğunu müəyyənləşdirib lisenziyasını çıxarmaq lazımdır”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB