Mənfur qonşularımızın növbəti su təxribatı. SİA-nın verdiyi məlumata görə, mənbəyini Ermənistandan götürən, 3 rayonu suvarma suyu ilə təmin edən Ağstafaçay su anbarında su ölü həddə çatıb. Ağstafaçay hidroqovşağı istismarı idarəsinin baş mühəndisi Sənan Quliyevin sözlərinə görə, mənfur qonşularımız anbara suyun gəlməsinin qarşısını alırlar. Bu da anbarda suyun azalmasına, Qazax, Ağstafa və Tovuz rayonlarında suvarma suyu ilə bağlı problemlərin və narazılıqların yaranmasına səbəb olur. Su anbarının rayonlara gedən əsas magistral su kanalları betonla əhatə edildiyi üçün, 18% itki olur ki, bu da uzaq məsafədə minimum itki deməkdir.
Müəllif: Mirqəmər Mənsimova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB