Əfqanıstan Veteranları İctimai Birliyinin üzvləri Bolqarıstanda səfərdə olublar - FOTO
19–23 may 2011 ci il tarixdə Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin 3 üzvü, "Boyevoye Bratstvo" Beynəlxalq İttifaqının Ali şurasının üzvləri, Birliyin İdarə Heyyətinin sədri Məhəmməd Vəliyev, sədrin birinci müavini Əbülfət Hüseynov və Birliyin NTK sədri Mirşamil Hadıyev Bolqarıstanın Sofiya şəhərində iki mötəbər tədbirdə - "Boyevaya drujba" Bolqariya Ümumxalq İttifaqının I –ci Qurultayında və "Boyevoye Bratstvo " Beynəlxalq İttifaqının Ali şurasının iclasında iştirak ediblər.
SİA-nın verdiyi məlumata görə, tədbirdə MDB dövlələrindən Azərbaycan, Qazağıstan, Qırğızıstan, Moldova, Rusiya, Özbəkistan, Ukrayna, Belorus, Ermənistan, Baltikyanı dövlətlərindən -Latviya, Litva və Estoniya, Avropadan – Serbiya, Bolqarıstan və Gürcüstan Respublikasının nümayəndə heyətləri iştirak ediblər.
Tədbirlərdə həmçinin "Boyevoye Bratstvo" Beynəlxalq İttifaqı sədrinin birinci müavini, Rusiya Dövlət Dumasının deputatı Dmitriy Sablin, Qırğızıstan Əfqanıstan Veteranları İttifaqının sədri, Qırğızıstanın Beynəlxalq işlər və parlamentlərarası əməkdaşlıq Komitəsi sədrinin müavini deputat Nurlan Torobekov iştirak ediblər.
Qurultay çərçıvəsində təmsil olunan ölkələrin veteran təşkilatlarının rəhbərləri o cümlədən Birliyin rəhbəri Məhəmməd Vəliyev Bolqarıstan Respublikasının Parlamentində, Müdafiə Nazirliyində və Bolqariya Pravoslav Kilsəsinin rəhbərliyi ilə görüşlər keçirilib və Beynəlxalq Veteran təşkilatlarının gələcəkdə görəcəyi işlər barədə fikir mübadilələri aparılıb.
Birliyin sədri Məhəmməd Vəliyev Ermənistan Əfqanıstan Veteranları İttifaqının sədri, Ermənistan Parlamentinin deputatı Armen Mxitaryanla görüşdə işğal olunmuş ərazilərimiz barədə Azərbaycan Respublikasının mövqeyini bir daha qeyd edib.
Tədbirdən öncə "Naməlum əsgər abidəsi"nin və faşizm üzərində qələbə çalmış Sovet qoşunlarının xatirə abidəsinin önünə əklillər qoyulub.
Tədbirlərdə Birliyin sədri Məhəmməd Vəliyev çıxış edərək ölkəmizdə gedən inkişafdan, dövlət səviyyəsində müharibə veteranlarına göstərilən qayğılardan daha ətraflı danışaraq qurultay və Ali Şuranın üzvlərini məlumatlandırıb.
"Boyevoye Bratstvo" Beynəlxalq İttifaqının Ali Şurasının iclasında qurumun növbəti qurultayının Bakıda keçirilməsi barədə qərar qəbul olunub.
Tədbirlərdə və ziyarət olunan yerlərdə xatirə şəkilləri çəkilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB