İnsanların kifayət qədər üz tutduğu, xüsusi ilə yay fəsilində göz oxşayan və komfortlu istirahət üçün karavan əsasdır. Karavan mədəniyyəti Azərbaycanda inkişaf etməsə də ara-sıra onları görmək mümkündür. Belə ki, siz karavana sahib olaraq istədiyiniz guşədə istirahət edə bilərsiniz. Beləliklə həm otel xərclərinizdən xilas olarsınız, həm də gecələmək istədiyiniz məkanı özünüz seçərsiniz. Bu hansısa göl qırağı, çimərlik, dağ mənzərəli bir məkan da ola bilər.
Bütün bu müsbət cəhətlərdən əlavə olaraq sizin müəyyən qədər öhdəlikləriniz də olacaq. Bildiyimiz kimi hər həzzin öz iztirabı var. Belə ki, siz karavan satın almaq üçün ən azı 15 000 azn xərcləməlisiniz. Digər tərəfdən onu dartmaq üçün güclü motora sahib olan yolsuzluq avtomobilinizin olması da əlavə xərcdir. Həm də yol hərəkət qaydalarına görə, sürücülük vəsiqəsində “E” kateqoriyanız olmalıdır. “E” kateqoriyası, qoşqu və ya karavanın çəkisi 750 kq-nı keçdikdə tələb olunur. Digər tərəfdən qoşqu ilə avtomobilin çəkisi 3.5 tonu keçmirsə sizdən “E” kateqoriyası tələb olunmur. Bunlara baxmayaraq sizin avtomobilinizin qoşqu üçün nəzərdə tutulmuş əyləc sistemi və.s təchizatları olmalıdır.
Bütün problemlər bununla bitmir. Siz karavan üçün daimi dayanacaq da tapmalısınız. Əgər siz şəhər sakinisinizsə bu sizin üçün çox baha başa gələ bilər. Bütün bu problemlərdən sonra insanın karavan sevdası başlamamış bitir. Digər tərəfdən məntiqli gələn isə karavanları almaq yerinə onları icarəyə götürməkdir. Beləliklə siz bir mövsümlük istirahət üçün bütün ili qapınızda karavan saxlamalı deyilsiniz. Azərbaycanda yavaş-yavaş yaranan karavan icarəsi məşhurlaşmağa başlayır. Xüsusi ilə karantin dönəmində, istirahət mərkəzlərinin bağlı olduğu vaxtlarda insanlar karavanla birgə çölçülüyə üz tuturdular.
Dünyaca məşhur Elon Mask bütün evlərini satıb karavana köçərək xoşbəxtliyin əslində praktiklikdə olduğunu göstərdi. Bu nümunə tək deyil. Böyük şəhərlərdəki bir çox insan mənzil xərcindən qurtulmaq üçün belə edir. Belə olduqda karavana yığılmış avtobuslar da dəbə minir. Bu cür avtomobili çəkisindən asılı olmayaraq “B” kateqoriyası ilə idarə edə bilərsiniz. Belə ki, oturacaqların sayı 8-dən az olarsa heç bir əlavə kateqoriya tələb olunmur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB