Velosiped sürməyə marağın azalması sən demə... - FEDERASİYA RƏSMİSİ AÇIQLADI

Velosiped sürməyə marağın azalması sən demə... - FEDERASİYA RƏSMİSİ AÇIQLADI

"Hazırda yay mövsümü olduğu üçün ola bilər ki, kənardan insanların velosipeddən az istifadə etməsi təəssüratı yarana bilər. Normalda baxdıqda bu başa düşüləndir. Çünki yay mövsümüdür və insanların böyük əksəriyyəti istirahətdədir. Digər tərəfdən havaların isti keçməsini nəzərə alsaq, insanlar çox günəş altında qalmaq istəmirlər". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat katibi Pərviz Musayev deyib.

Onun sözlərinə görə, böyük velosipedçilərin əksəriyyəti adətən səhər saatlarında velosiped sürməyə üstünlük verirlər: "Həvəskar velosiped sürənlərin sayı çoxdur. İnsanların velosipedə daha az üstünlük verməsini davam edən istilərlə əlaqələndirirəm. Günün daha çox insanların olduğu saatlarda velosipedçilərin yollarda az görünməyi zənnimcə, ilk növbədə bununla əlaqədardır. Sevindirici bir məqam var ki, artıq Bakıda velosiped yolları çəkilir. Velosiped yollarının olmaması insanların velosipeddən nəqliyyat vasitəsi kimi istifadə etməsini əngəlləyən əsas məsələdir. Elə bu baxımdan insanların, velosipedçilərin bir çoxu bir qədər çəkinirlər. Əsasən həvəskar velosipedçilər qrup halında sürməyə üstünlük verirlər. Bilgəh qəsəbəsində artıq 2 km uzunluğunda velosiped yolu istifadəyə verilib. Bakı Nəqliyyat Agentliyindən verilən məlumatda bu yolun gələcəkdə daha da uzadılması məsələsinin gündəmdə olduğu bildirilib. Velosiped zolaqlarının yaradılması ilə bağlı dövlət proqramı da var".

Bütün xəbərlər Facebook səhifəmizdə