Ermənilərin təxribatçı əməllərinə - Paytaxt sakinlərinin baxışı - SORĞU
Azərbaycan istər iqtisadi göstəricilərinə görə, istər Silahlı Qüvvələrinin gücünə görə, istərsə də diplomatik uğurlarına görə Ermənistanı dəfələrlə üstələyir. Bunun da bariz nümunəsi Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı zəfərdir. Amma Ermənistan tərəfi acınacaqlı məğlubiyyətinə baxmayaraq, yenidən təxribatlara əl atıb. Ermənistanın cəbhə xəttində təxribata getməsi maraq doğurur. Rəsmi İrəvan anlayır ki, heç bir halda yeni bir savaş onun maraqlarına cavab verməyəcək. Ermənilərin sərhəddə mütəmadi törətdiyi təxribatçı əməllərlə bağlı SİA paytaxt sakinlərinin fikirlərini öyrənməyə çalışıb.
Paytaxt sakini Müşfiq Atakişiyev: “Hesab edirəm ki, Ermənistanın işğaldan azad olunmuş torpağlarımızda etdiyi təxribatların bir çox səbəbi var. Bu səbəblərdən biri də, Ermənistanın daxilində olan çəkişmələr və hakimiyyətdə olan qruplaşmalardır. Azad olunmuş torpaqlarımızda təxribatlar baş verdikdə, vətəndaşlarımızdan eşitmək olur ki, nəyə görə rus sülhməramlıları orada sakitçiliyi qoruyub saxlamır. Amma bir mənalı şəkildə deyə bilərəm ki, bu edilən təxribatları rus sülhməramlılarının üzərinə atmaq olmaz. Çünki bu təxribatların olması Rusiyanın maraqlarına uyğun deyil. Ancaq Ermənistanın daxili siyasətində qarışıqlıq var. Müxalifətlə hakimiyyət arasında çox böyük qarşıdurmalar hökm sürür. İstər Sarkisyanın, istərsə də Köçəryanın Paşinyana qarşı onun hakimiyyətdən getməsi üçün edilən təxribatlardır. Bildiyiniz kimi Qarabağda hələ də Köçəryanın keçmiş silahlı dəstələri, qruplaşmaları qalmaqda davam edir. Bəlkə də bu təxribatları edən onun dəstələridir. Çünki bizim Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev Paşinyana elə bir “Dəmir yumruq” vurdu ki, Paşinyan risk edib bu addımı bir daha atmaz. Bir daha Allah əsgərlərimizi qorusun inşallah bu təxribatlar birdə yaşanmaz”.
Paytaxt sakini Taryel Quliyev: “Sərhədlərimizdə tez-tez ermənilərin atəşkəsi pozması, yerlərində dinc qalmamasının səbəbi mənim fikrimcə, hər kəs üçün məlum məsələdir. Bildiyiniz kimi kapitulyasiya imzalandıqdan sonra yenidən tez-tez sərhədlərimizi pozan ermənilərə ordumuz tərəfindən layiqincə cavab verilib. Ermənistanın sərhədlərimizi pozmağın səbəblərindən biri də fikrimcə, yeni sərhədlərin müqaviləsinin imzalanmaması üçün edilən bir təxribatdır. Ermənistan artıq son nəfəslərini verir, onlar ölü bir dövlətdir. Elə etməsinlər ki, onlara qarşı yenidən “Dəmir yumruq” işə salınsın".
Paytaxt sakini Məzahir Nəbiyev: "Azərbaycan dövləti çox güclü dövlətdir. Azərbaycan dövlətinin Müzəffər Ali Baş Komandanının işğaldan azad olan torpağlarımızda olan təxribatlardan xəbəri var və mən bilirəm ki Prezidentimiz İlham Əliyev onlara layiqli cavabı verib. Təxribatların qarşısı alınır və onları yerlərində otuzdururlar. Mən inanıram ki, biz bütov Yeravanı alacağıq. Ermənilər bu təxribatları edərək bir daha öz acizliyini dünyaya çatdırmaq istəyir. Amma bilməlidirlər ki, hər edilən təxribatın qarşısı mükəmməl şəkildə alınır və yerlərində otuzdurulur”.
Paytaxt sakini Əziz Əliyev: “Mən təxribatlarla bağlı onu deyə bilərəm ki, Ermənistan son çırpınışlarını edir. Istər hakimiyyət olsun, istərsə də müxalif qüvvələrin Ermənistan hakimiyyətində heç bir gücü və nüfuzu qalmayıb. Onların silahlı birləşmələri bu təxribatları edərək sanki gündəmdə qalmağı, kimlərdənsə yardım almağı umurlar. Amma onu da anlamalıdılar ki, artıq onların köməyinə heç kim çata bilməz. Əgər belə təxribatlar davam edərsə bu səfər Şanlı Ordumuz Ermənistanı yer üzündən tamamilə siləcək. Allah ordumuzu qorusun”.
Paytaxt sakini Rafael Nəzirov: “Biz 2-ci Qarabağ döyüşlərində Azərbaycanın gücünü çox açıq şəkildə bütün dünyaya ordumuzun qələbəsi ilə göstərdik. Ermənistanın bizim azad etdiyimiz torpaqlarımızda etdiyi təxribatları sadəcə özlərinə bir təssəli kimi edirlər. Amma onuda bilmirlər ki, əgər bizim ordumuz yenidən ayağa qalxsa o zaman onlar üçün hər şey yaxşı sonluqla qurtarmaz. Bunun üçün də özlərini yığışdırmalı və etdikləri bu təxribatları dayandırmalıdırlar”.
Ziya Hikmətoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB