Qərb rayonlarında həyəcan təbili çalındı - VİDEO

Qərb rayonlarında həyəcan təbili çalındı - VİDEO

Havaların isti keçməsi ilə əlaqədar Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Tovuz və Şəmkir rayonları suvarma sistemləri idarələrində suvarma suyunun ədalətli və növbəlilik əsasında bölünməsi üçün nəzarət gücləndirilib. SİA-nın xəbərinə görə, isti hava şəraitinə görə bəzi çaylarda su səviyyəsinin aşağı düşməsi, bəzilərinin isə quruması suvarmada çətinliklər yaratsa da, mövcud sudan səmərəli istifadə edildiyindən hələ ki, ciddi problem yaşanmayıb. Şəmkir rayonunda da suvarma suyu ilə bağlı hələ ki, ciddi problem yaranmayıb. Buna baxmayaraq rayon suvarma sistemləri idarəsi və sudan istifadə birlikləri itkinin qarşısının alınması, suyun ədalətli və növbəlilik əsasında bölünməsi üçün nəzarəti gücləndirib. Qeyd edək ki, ölkə prezidentinin tapşırığına uyğun olaraq hər iki rayonda öncə şəhid ailələrinin və Qarabağ müharibəsi qazilərinin suya olan tələbatı ödənilir.

Müəllif: Mirqəmər Mənsimova

Bütün xəbərlər Facebook səhifəmizdə