“Gələn il Azərbaycanda növbəti "ADEX 2022" Beynəlxalq Müdafiə sərgisinin keçirilməsi Azərbaycanın Vətən müharibəsində qələbəsindən sonra həyata keçirdiyi ilk sərgi olaraq tarixə düşəcək. Hələ ki, gələn il iştirak edəcək ölkələrin siyahısı tam məlum olmasa da, əvvəl keçirilən sərgilərin təcrübəsi göstərir ki, Azərbaycanda keçirilən müdafiə sərgilərinə ənənəvi olaraq Türkiyə, İsrail, Ukrayna, Rusiya, Fransa, Belarus, Pakistan, Çin, İtaliya kimi dövlətlər daha çox maraq göstərir. Son sərgidə 29 ölkədən 224 şirkət iştirak etmişdi. Bu dövlətlərdən əksəriyyəti həmin sərgidə povilyonlar ilə təmsil olunurdular. Yeri gəlmişkən, İran da iştirak edən dövlətlərə və pavilyona malik olan ölkələr sırasına daxil idi. Bu sərgi adətən, böyük sənaye şirkətlərinin istehsal etdiyi məhsulları ictimaiyyətə geniş bir şəkildə təqdim etmək üçün unikal imkanlar yaradır”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
Onun sözlərinə görə, burada əsas təqdim olunacaq şirkətlər arasında müttəfiqimiz olan Türkiyə də yer alacaq: “Türkiyənin dünyaca məşhur şirkətləri də bu sərgidə olacaq. Biz onların hamısını Azərbaycanda görəcəyik. Azərbaycanın özü isə daha çox Müdafiə Sənayesi Nazirliyi tərəfindən təmsil olunacaq. Müdafiə Sənayesi Nazirliyi həm də bu sərginin ənənəvi təşkilatçısı kimi çıxış edir. Keçən sərgilərdə olduğu kimi, bu dəfə də Azərbaycan Müdafiə Sənayesinin “İti qovan” puasının modernləşdirilmiş versiyasını, bir çox atıcı silahların, iriçaplı hücum tüfənglərinin və snayperlərin avtomatik toplarını və s. müşahidə edə biləcəyik”.
Ekspert sözlərinə belə davam edib: “Bundan başqa Azərbaycan çoxsaylı yerli, həm də onların arasında informasiya texnologiyaları, pilotsuz sistemlər istehsal edən şirkətlərlə əməkdaşlıq edir. Mərkəzi Elmlər Akademiyasının Yüksək Texnologiyalar parkının da yəqin bu dəfə fərqli pilotsuz vasitələr, zirehli gödəkçələr təqdim etməsi gözlənilir. Əvvəlki illərdə həmin Milli Elmlər Akademiyasının Texnologiyalar parkı uzaqdan mina partladıcı sistemləri təqdim etmişdi. Yəqin ki, bu dəfə onların üst səviyyəyə çıxarılmasını müşahidə edə biləcəyik. Ümumilikdə isə, keçirilən bu tədbir müharibədən sonrakı dövrdə müdafiə şirkətlərindən daha çox Azərbaycana maraq göstərdiyini nümayiş etdirəcək”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB