İsveçdə Azərbaycan Federasiyası İsveç Diaspor Təşkilatının XII qurultayı keçirilib

İsveçdə Azərbaycan Federasiyası İsveç Diaspor Təşkilatının XII qurultayı keçirilib

İsveç Krallığının Stokholm şəhərində Azərbaycan Federasiyası İsveç XII qurultayını keçirdi. Krallığın Umea, Uppsala, Stokholm, Lund və digər şəhərlərindən 60-dan çox azərbaycanlının qatıldığı qurultayda ilk öncə ötən müddət ərzində görülən işlərə dair hesabat təqdim olunub.

Azərbaycan Federasiyası İsveç Diaspor Təşkilatının başqanı Səttar Sevigin ötən müddətdə İdarə Heyətinin fəaliyyəti barədə məlumat verib. Daha sonra maliyyə hesabatı və Nəzarət Təftiş Komitəsinin hesabatı təqdim olunub.

Qurultay nümayəndələri və qonaqların ürək sözləri, hesabatlarla bağlı irad və təkliflərindən sonra qurultayın rəhbər orqanlarına seçki keçirilib.

Təşkilatının başqanlığına yeganə namizəd olan Səttar Sevigin birbaşa olaraq təşkilatın rəhbəri seçilib. Daha sonra təşkilatın İdarə Heyəti və Nəzarət Təftiş Komitəsinin üzvləri seçiliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə