Səyyar “ASAN qatar” iyulun 1-dən Lənkəran dəmiryol stansiyasında xidmət göstərməyə başlayıb. Ümumilikdə burada səyyar xidmət 19 dəfə gerçəkləşib. 16 dəfə səyyar ASAN xidmət avtobusları vasitəsilə 76 minə yaxın, 3 dəfə isə ASAN qatar vasitəsilə 14 minə yaxın vətəndaş müraciəti daxil olub. Burada səyyar şəkildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi və digər dövlət qurumlarının xidmətləri təqdim olunur.
Müəllif: Mirqəmər Mənsimova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB