“Dövlət qulluqçularının etik davranış qaydalarına riayət etməsi və korrupsiyaya qarşı mübarizə” mövzusunda dəyirmi masa keçiriləcək
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK)"Dövlət qulluqçularının etik davranış qaydalarına riayət etməsi və korrupsiyaya qarşı mübarizə"mövzusunda dəyirmi masa təşkil edəcək. Bu barədə SİA-ya DQMK-nın mətbuat xidmətinin rəhbəri Asəf Əliyev məlumat verib. O bildirib ki, tədbir iyunun 3-də Bakı Biznes Mərkəzində baş tutacaq. Dəyirmi masada Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının iştirakı nəzərdə tutulur.
Tədbir Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbərinin sərəncamına uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya sədrinin əmri ilə təsdiq edilən "Dövlət qulluqçularının peşə bayramı gününün qeyd edilməsi ilə bağlı Tədbirlər planı"na əsasən keçiriləcək. Dəyirmi masada DQMK-nın Hüquq sektorunun müdiri Vüqar Əsgərov "Dövlət qulluqçularının etik davranış qaydalarına riayət etməsi və korrupsiyaya qarşı mübarizəyə dair təqdimatlar" mövzusunda məruzə ilə çıxış edəcək, eyni zamanda müxtəlif mövzularda müzakirələr aparılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB