Yazı və miniatür oyuncaqlarla dolu olan nəqliyyat vasitənin sürücüsü Bursanın İnegöl mahalında ortaya çıxıb. Polis əməkdaşları tərəfindən dayandırılan avtomobilin sürücüsü maşınının üzərindəki adlarla şəhidlərə diqqət çəkdiyini deyib.
Bursanın İnegöl mahalında Nuri Doğrul küçəsində tapılan 42 PS 934 dövlət nömrə nişanlı avtomobil, sprey boya və miniatür oyuncaqlar ilə diqqət mərkəzinə çevrilib. Maşını görənlər təəccübləniblər, Bəziləri avtomobilin yanında selfi çəkdiriblər.
Sürücü Fetih Ahmet Ortaç, "Şəhidlərimizin unudulmaması üçün maşınımı bu şəkildə boyamışam. İnşallah şəhərdən şəhərə səyahət edəcəyəm", deyib.
Polis sürücüyə xəbərdarlıq edib və maşının bir həftə ərzində nəqliyyat üçün uyğunlaşdırılmasını istəyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB