Cəmiyyətin tatu vurdurmağa münasibəti necədir? - SORĞU

Cəmiyyətin tatu vurdurmağa münasibəti necədir? - SORĞU

Müasir dövrümüzdə bəzi insanlar bədənin müxtəlif hissələrinə tatu və ya pirsinq etdirməyə, eyni zamanda saçlarını fərqli rənglərə boyatmağa meyllidirlər.

Bəs bu tatularin mənası nədir?

Kimisi həyatındakı ən vacib anların və hadisələrin tatusunu etdirir. Tatu etdirənlərin bəziləri cəmiyyətə mesaj göndərmək, bəziləri də gözəl görünmək üçün bu addımı atırlar. Bəs cəmiyyətimiz bu mövzu ilə bağlı hansı düşüncədədir? SİA mövzu ilə əlaqədar paytaxt sakinlərinin fikrini öyrənməyə çalışıb.

Şəhər sakini Qasımlı Suzan: Mən tatu və pirsinq etdirməyə normal yanaşıram. İndi pirsinq etdirməyə valideynlərimin icazəsi yoxdur. Lakin yaxın bir zaman tatu etdirmək fikrim var. Düşünürəm ki, tatu etdirmək normal olsa da, həddən artıq tatu etdirmək yalnışdır. Müasir düşüncə buna bu cür yanaşmalıdır. Azərbaycan cəmiyyətində bir çox insan dar düşüncəlidir. Bu şeylərə cəmiyyətimizdə biyabrçılıq kimi baxılır. Amma ölkəmizdə demokratiya mövcuddur. Cəmiyyətdə bu fikirlər çoxdan dəyişməlidir. XXI əsrin 21-ci ilində yaşayırıq. Bu məsələlər dünya tərəfindən normal qarşılanır. Dünyada insanların çoxu bədəninin bəzi hissələrinə tatu etdirir, pirsinq taxdırır, saçını fərqli rənglərə boyadır.

Şəhər sakini Sərxan Rüstəmov: Fikrimcə həyatda hər şeyə nisbi yanaşmaq lazımdır.Yəni nə yaxşı, nə də pis yanaşmaq lazımdır. Hər kəsin öz düşüncəsi, əqidəsi var. Tatu, pirsinq etdirənlərin seçimlərinə hörmətlə yanaşmaq lazımdır. Mənim düşüncəmə görə, tatu, pirsinq zəiflik əlamətidir. İnsanın ehtiyacı pirisniq və ya tatuya yoxdur. Tatudan keçmiş dövrlərdə insanları damğalamaq üçün istiafədə edirdilər. Ən çox da bu damğalar qulların bədənlərinə vurulurdu. Gənc olaraq da tövsiyyə edərdim ki, faydalı işlərlə məşğul olsunlar.

Şəhər sakini Abdullayeva Kamran: Mən pis baxmıram. Hamı tatu, pirsinq istifadə edə bilər. İndiki əsrdə moda kimi yanaşılır. Cəmiyyətdə çox insan bədəninə tatu vurdurmağa pis baxır. Mən özüm də motosiklet tatusu vurdurmuşam. Hər kəsin öz yanaşması var.

Şəhər sakini Əliyev Apo: Bədənə tatu döydürməyə normal baxıram, özümün də fikri var. Əksər insan tatu etdirənlərə, pirsinq taxdıranlara və saçların rəngli boyuyanlara pis baxır. Xarici ölkələrlə müqayisədə bizdə bu mövzuya yanaşma daha sərtdir. Moda kimi düşünmək lazımdır.

Şəhər sakini Dəmirov Zahir: Hər əsin öz düşüncəsi var. Mən tatu, pirsinq etdirənlərə pis baxmıram, kimə yaraşırsa və etdirmək istəyirsə edə bilər. Əvvəllər pis yanaşılsa da, dövrümüzdə bu normal və adi hala çevrilib. Bu düşüncələrin olması cəmiyyət üçün faydalıdır. Çünki dövrümüz yeniləşir.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə