"Uşaqları həvəsləndirmək olar, lakin məcbur etmək olmaz" - DİN ADAMINDAN TÖVSİYYƏ
"Övladlarımız yemək, geyinmək hüquqlarında azad olduqları kimi, qız uşaqları da hicab taxmaq seçimində azaddırlar". Bu fikirləri SİA-ya açıqlamasında Qafqaz Müsəlmanlar İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev deyib.

Onun sözlərinə görə, valideyn övladına kiçik yaşlarından hicab taxmağı öyrədə bilər, lakin İslamda həddi-büluğa çatmamış uşağı buna məcbur etmək olmaz: "Ailələr uşaq hüquqlarını pozub onlara narahatçılıq yaratmamalıdır. Uşaq azaddır. Həddi-büluğa çatana qədər qız uşağı hicabsız gəzə bilər. Tövsiyyə etmək olar, lakin məcburiyyət yoxdur".
Hacı Fuad Nurullayev vurğulayıb ki, məsələn, valideyn uşağı bir ay oruc tutmağa məcbur etməməlidir, lakin həvəsləndirə bilər: "İftar süfrələrində uşağa yer verə bilər. Eynilə, baş örtüsü məsələsində də bu belədir. 9 yaşından sonra qız, 14 yaşından sonra oğlan uşağına şəriət ibadəti vacib bilirsə, o yaşlara qədər uşaqları həvəsləndirmək olar, lakin məcbur etmək olmaz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB