Yayda insanlar niyə ağ və qara rənglərə üstünlük verirlər? - ETİKA AKADEMİYASININ RƏHBƏRİ AÇIQLADI
"Dəb dünyasından danışmırıqsa, işgüzar etiket qaydalarında rənglərdən istifadə qaydaları belədir. İki rəngə üstünlük verilir. Üçüncü rəng varsa, gözə çarpmayacaq kiçik yer tutacaq. Rənglərin tündünə üstünlük vermək yüksək idarəçi psixologiyasıdır". Bu sözləri SİA-ya açıqlamasında Etika Akademiyasının rəhbəri Günel İbrahim deyib.
Onun sözlərinə görə, məsələn, mavi və tünd göy, qışqıran qırmızı, tünd zoğal rəngi yüksək idarəçilik psixologiyasına aiddir: "Ümumi isə əməkdaşlar öz əhval-ruhiyyəsinə uyğun rənglər seçə bilərlər. Yalnız yayda iş dünyasında çox rəngarəngli, çiçəkli, iri yazılı, boyunbağılı, dəmirli istifadə etməkdən çəkinmək lazımdır".
Günel İbrahim sözlərinə belə davam edib: "Saat 18:00-dan sonra, yəni şəxsi həyatınızda tərzinizə, dəbli dizaynerlərin məsləhəti ilə mükəmməl görünə bilərsiniz. Bir də rənglərin şüuraltına təsiri var. Məsələn açıq mavi ürək sıxıntısını götürür, qəhvəyi, torpaq tonları əsəbləri rahatladır, yaşıl rəng idrak rəngidir, beyni aktivləşdirir. Qara rəng sirli lider psixologiyasıdır. Ağ isə güzəşt və əvəzsizlikdir. Düşünmürəm ki, iş dünyasında ağ qara yayda yorur".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB