Soyuq halda qida və içki qəbul edənlər - QİDA TEXNOLOQU XƏBƏRDARLIQ ETDİ
“İnsanın daxili istiliyi ilə bədən istiliyi fərqlidir. Məsələn, mədənin istiliyi 38 dərəcədir, amma bədəninki 36.5-dir. Soyuq suyu və soyuq qidaları soyuducudan çıxarıb qəbul etdiyimiz zaman onlar ən azı otaq temperaturunda olmalıdır. Amma biz onu soyuq qəbul etsək mədədə büzüşmə olur ki, bu da həzm sistemini gecikdirir. Yəni, həzmsizliyə gətirib çıxardır və bədənin soyuqlamasına səbəb olur”. Bu sözləri SİA-ya açıqlamasında qida texnoloqu Ağa Salamov deyib.
Onun sözlərinə görə, yaxşı olar ki, qidaları isidib yeyək: “Xüsusilə də ət məhsulları isidilməlidir. Ətin daxili istiliyi 75 dərəcəyə qədər olmalıdır. Yəni, ət tam isti olmalıdır. Lakin, soyuq qəlyanaltıları məcbur qalıb elə soyuq istehlak etməliyik. Məsələn, ət və toyuq ruleti, pendir, tərəvəzlər. Qaydaya qalsa insan qidaları nə çox isti, nə də çox soyuq qəbul etməməlidir. Tarazlığı qorumaq lazımdır”.
Texnoloq sözlərinə belə davam edib: “Çox isti bir şey qəbul etmək də yemək borusunu yandırır. Həmçinin, dil resepturları dadı hiss etmir. Mədədə də müəyyən problemlər ortaya çıxardır”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB