Tatoo etdirənlər - DİQQƏTLİ OLUN! - PSİXOLOQ AYDINLIQ GƏTİRDİ

Tatoo etdirənlər - DİQQƏTLİ OLUN! - PSİXOLOQ AYDINLIQ GƏTİRDİ

“Ümumiyyətlə bədənə tatoo döydürən, pirsinq etdirən, saçlarını fərqli rənglərdə boyuyan gənclər özlərini sosial-ictimai cəmiyyətdə təsdiq etdirməyə çalışırlar”. Bunu SİA-ya açıqlamasında psixoloq Fərqanə Mehmanqızı deyib.

Psixoloqun sözlərinə görə, fərqlilik yaratmaq və ya “sizdən biri deyiləm” ifadəsini bildirmək üçün gənclər bu vasitələrə əl atırlar: “Bu tendensiya kimi də başa düşülə bilər. Məsələn indi modadır, məndə bunu etməliyəm kimi fikirlərlə tatoo, pirsinq etdirirlər. Bunu fərqli yanaşma kimi başa düşürlər. Psixoloji vəziyyət bu məqamda dəyişir. Həddindən artıq tatoo etdirmək şəxsin psixoloji vəziyyətinin yaxşı olmadığını göstərir. Düşünürəm ki, hər şeyi normasında saxlamaq lazımdır. Adətən bu, cəmiyyətdə seçilmək istəyindən yaranan bir şeydir”.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə