“GMO 90-cı illərdən sonra bütün bazarı əhatə etməyə başlayıb. GMO tərəfdarları və GMO əleyhinə çıxanlar iki yerə bölünürlər. GMO-lu məhsulların tam əleyhinəyəm. Çünki bir məhsulun geni, təbiiliyi, pozulubsa, artıq burada onun hər hansı bir faydasından söhbət gedə bilməz”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.
Onun sözlərinə görə, 90-cı illərdən artıq dünya bazarında geniş yer alan GMO məhsulları birmənalı olaraq, zərərli hesab olunsa da, bir çox məhsulların tərkibində var: “Bugün biz GMO-dan tamamilə canımızı qurtara bilmərik. Çünki GMO bütün məhsullarda həmçinin paketlənmiş məhsullarda da GMO-lu məhsullara rast gələ bilərik. Dünyada tərkibində ən çox GMO olan məhsul soya və qarğıdalıdır. Ümumiyyətlə biz GMO-lu məhsullardan uzaq durmaq istəyiriksə, mütləq meyvə-tərəvəz alarkən yerli və mövsümi meyvə-tərəvəzlərə üstünlük verməliyik. Çünki bu məhsullarda GMO olma ehtimalı sıfırdır. Azərbaycanda qanunvericiliklə GMO-lu məhsulların əkilməsi, satılması, istifadəsi qadağan olunduğu üçün təzə meyvə-tərəvəzlərdə, qida məhsullarında GMO-ya rast gəlmək olmur. GMO-nun tam təsirini bilmək üçün bir insan ömrünü ortalama 60-70 il götürsək, GMO ilə qidalanan insanlar daha az yaşayırlar”.
Məhsəti Hüseynova həmçinin qeyd edib ki, bugün bütün yaşlarda qarşımıza çıxan xərçəng xəstəliyi, sümük əriməsi xəstəliyi, bir çox vitamin çatışmazlığı, əqli inkişafın geriliyi, aqressivlik, uşaqlarda hiperaktivliyin səbəbini GMO-lu məhsullarda görürəm: “Çünki bu saydığımız xəstəliklər əvvəllər müəyyən yaş həddindən yuxarı olan insanlarda olardısa, indi isə bu məhsullarla qidalanan gənclər, uşaqlar daha çoxdur. GMO-lu məhsulun qida dəyəri təbii qidanın dəyəri ilə eyni deyil. Bu qidaları istehlak edənlərin demək olar ki, hamısında qida çatışmazlığı yaranır. GMO-lu məhsullarla qidalanan insanların sinir sistemində, psixologiyasında ciddi dəyişikliklər yaranır. Ümumiyyətlə bir çox dünya alimlərinin araşdırmalarından sonra dünyanın bir çox ölkələrində tamamilə GMO-nun satışı, istifadəsi qadağan edilib. Bir çox ölkələrdə isə seçim istehlakçıya verilib. GMO-lu məhsullarla mütləq şəkildə mübarizə aparılmalıdır. İstər Azərbaycanda, istər bütün dünyada mübarizə aparılmasına da baxmayaraq, hər birimiz bilməliyik ki, GMO artıq bütün dünyanı cənginə alıb və bunun təhlükəsi də açıq-aşkar göz qabağındadır. Heç bir insan deyə bilməz ki, mən GMO ilə qidalanmayacam. Həddindən artıq öz normasından böyük olan meyvə və tərəvəzlərdə GMO-lu olduğunu göstərir. GMO-lu meyvə və tərəvəzlərin dadı təbii meyvə-tərəvəzlər qədər dadlı olmur. Biz mütləq öz yerli meyvə və tərəvəzlərimizi almağa diqqət etməliyik. Paketlənmiş məhsullardan uzaq durmağa çalışmalıyıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB