Bolqarıstandakı səfirimiz Azərbaycandan gələn nümayəndə heyətini qəbul edib - FOTO

Bolqarıstandakı səfirimiz Azərbaycandan gələn nümayəndə heyətini qəbul edib - FOTO

19–23 may 2011 ci il tarixdə Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin 3 üzvü, "Boyevoye Bratstvo" Beynəlxalq İttifaqının Ali şurasının üzvləri, Birliyin İdarə Heyyətinin sədri Məhəmməd Vəliyev, sədrin birinci müavini Əbülfət Hüseynov və Birliyin NTK sədri Mirşamil Hadıyev Sofiya şəhərində iki mötəbər tədbirdə - "Boyevaya drujba" Bolqarıstan Ümumxalq İttifaqının I–ci Qurultayında və "Boyevoye Bratstvo" Beynəlxalq İttifaqının Ali şurasının iclasında iştirak edib.

SİA-nın verdiyi məlumata görə, tədbirlərdə iştirak etmək üçün Azərbaycandan gələn nümayəndə heyətini ölkəmizin Bolqarıstandakı fövqaladə və səlahiyyətli səfiri Emil Kərimov qəbul edib.

Görüş zamanı Birliyin sədri Məhəmməd Vəliyev Bolqarıstana səfərin məqsədi və Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin gördüyü işlər barədə geniş məlumat verib. Bundan əlavə Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin təşkilatçılğı ilə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə "Azərbaycan-Ermənistan münasibətlərinin tarixi" mövzunda üç dildə - Azərbaycan, rus və ingilis dillərində nəşr olunmuş kitabları səfir Emil Zülfüqarova təqdim edib.

Səfir Emil Zülfüqarov kitabın nəşrində əməyi olan hər kəsə öz minnətdarlığını bildirib və qeyd edib ki, Bolqarıstan Respublikasının Milli kitabxanasının direktoru həmişə ondan xahiş edir ki, Azərbaycan barəsində nəşr olunan kitablardan onlara çatdırsınlar.

O, qeyd edib ki. Bolqarıstanda 50 minə yaxın erməni yaşayır və mən bu kitabları məmuniyyətlə Bolqariyanın Milli kitabxanasına təqdim edəcəyəm, qoy bolqar xalqı bilsin ki, erməni kimdir və Azərbaycan xalqının başına bu günə qədər hansı oyunlar açıbdır.

Görüş zamanı xatirə foto şəkilləri çəkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə