Ağstafalı fermerlərdən şad xəbər - VİDEO

Ağstafalı fermerlərdən şad xəbər - VİDEO

Ağstafalı fermerlər bu il taxıl zəmilərindən bol məhsul götürüblər. Buna əsas səbəb yaz aylarında havaların yağışlı keçməsi, fermerlərin vaxtında taxıl zəmilərini suvarması, həmçinin arpa və taxılın vaxtında itkiyə getmədən biçilməsi olub. Fermerlər bu taxıl zəmilərinin hər hektarından 45-50 sentner məhsul götürüb ki, bu da əvvəlki illərə nisbətən ən yüksək göstərici hesab edilir. Digər qərb rayonlarında olduğu kimi Aqrolizinq ASC-nin Şəmkir regional nümayəndəliyinin Ağstafa rayon bölməsində də bu il kombaynla bağlı problem yaşanmayıb.

Müəllif: Mirqəmər Mənsimova

Bütün xəbərlər Facebook səhifəmizdə