Əlillik bu kateqoriyalara əsasən təyin olunacaq - DİQQƏT! - QURUM RƏSMİSİ AÇIQLADI
"Tətbiq olunacaq yeni meyarlarla əlillik artıq 3 dərəcə üzrə məhdud çərçivədə deyil, orqanizmin funksiyalarının itirilməsi faizinin müəyyən edilməsi prinsipi əsasında, həm də xəstəliyin ağırlıq dərəcəsi nəzərə alınmaqla təyin olunacaq". Bu sözləri SİA-ya açıqlamasında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İƏŞ müdiri Tural Qurbanov deyib.
Onun sözlərinə görə, yəni, I dərəcə - orqanizmin funksiyalarının 81-100 faiz itirilməsi, II dərəcə - orqanizmin funksiyalarının 61-80 faiz itirilməsi, III dərəcə - orqanizmin funksiyalarının 31-60 faiz itirilməsi kimi müəyyən ediləcək: "Həmçinin sağlamlıq imkanlarında məhdudluq da bu əsasda təyin olunacaq".
Tural Qurbanov sözlərinə belə davam edib: "Əlilliyin qiymətləndirilməsi ÜST standartları və bir çox ölkələrin müsbət təcrübəsi nəzərə alınmaqla şəxsin özünəqulluq, sərbəst hərəkətetmə, istiqamət seçmə, ünsiyyət, davranışına nəzarət etmə, öyrənmə və əmək fəaliyyəti üzrə insanın həyat fəaliyyətinin 7 əsas kateqoriyasının məhdudlaşma dərəcəsi əsas götürülməklə aparılacaq. Əsas məqsəd əlillik təyinatlarında həssas və obyektiv yanaşmanın, ünvanlılıq və sosial ədalətin təmin edilməsidir. Bu meyarlar eyni zamanda, əlillik təyinatı sahəsində qabaqcıl beynəlxalq standartların tətbiqinə, xidmətin keyfiyyətinin və vətəndaş məmnunluğunun yüksəldilməsinə, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya imkanlarının artırılmasına xidmət edir".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB