Xocalı polisinə yeni rəis müavini təyin olunub

Xocalı polisinə yeni rəis müavini təyin olunub

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Xocalı rayon Polis Şöbəsinə yeni rəis müavini təyin olunub.

SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, polis mayoru Rəşad Salahov xidmət üzrə rəis müavini vəzifəsinə təyin edilib. Yeni vəzifəyə təyin edilən polis mayoru daha öncə Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində çalışıb.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə