Avropa Şurası "yaşıl siyahı"ya 11 ölkənin də adını əlavə edib. SİA xəbər verir ki, bu ölkələr epidemioloji cəhətdən təhlükəsiz olaraq tanınırlar və vətəndaşları artıq AB üzv ölkələrinə sərbəst daxil ola biləcəklər.
Qərar iyunun 30-da Aİ səfirlərinin adi iclası zamanı verilib.
Yenilənmiş siyahıya Azərbaycan, Bosniya və Herseqovina, Bruney, Kanada, İordaniya, Kosovo, Moldova, Çernoqoriya, Qətər və Səudiyyə Ərəbistanı daxildir. Qeyd edək ki, siyahıda Albaniya, Avstraliya, İsrail, Yaponiya, Livan, Yeni Zelandiya, Şimali Makedoniya, Ruanda, Serbiya, Sinqapur, Cənubi Koreya, Tayvan, Tayland və Amerikanın adı daxil idi.
Məlum olub ki, on iki ölkənin hamısında son iki həftə ərzində yeni koronavirusa az sayda yoluxma hadisəsi baş verib. Xüsusilə, Azərbaycanda 29 iyun tarixinə qədər 38 yoluxma, Kosovoda - 4, Bruneydə - yalnız bir nəfər qeydə alınıb və bu müddət ərzində Çernoqoriyada yeni bir koronavirus infeksiyası hadisəsi olmayıb.
Eyni zamanda, Böyük Britaniya yeni "delta" ştammının yüksək səviyyədə yayılmasının qeydə alındığı üçün “yaşıl siyahı”dan çıxarılıb.
Təhlükəsiz ölkələr siyahısının genişləndirilməsi Aİ-nin üçüncü ölkələrdən gələn turistlərə açılması strategiyasının bir hissəsidir. Avropa Birliyi üzv ölkələrin üçüncü ölkələrdən girişə qoyulan bütün məhdudiyyətləri ləğv etmələrini tövsiyə edir, lakin hər bir ölkə özünü təcrid etmək kimi məhdudiyyətlər tətbiq edə bilər. Üzv dövlətlər də “yaşıl siyahı”nı avtomatik tətbiq etmək məcburiyyətində deyillər, lakin hər ölkədə öz təhlükəsiz yerlərinin siyahısını formalaşdırarkən bu əsas götürülür.
Rusiya "delta" ştammının ("hindistan koronavirusu" növü) yüksək yayılması səbəbindən hələ də əksər AB ölkələri üçün "qırmızı siyahı"dadır. Fransa və Almaniya kimi ölkələr testlərin nəticələrindən və ya koronavirus peyvəndinin mövcudluğundan asılı olmayaraq Rusiyadan daxil olan bütün vətəndaşlar üçün məcburi karantin tətbiq etdilər. Çex Respublikası da öz növbəsində Rusiyanı "qara siyahı"ya salıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB