Gövhər Baxşəliyeva: “Yaxın və Orta Şərq ölkələrində gedən proseslər Azərbaycana təsir edə bilməz” - MÖVQE
Son aylarda yaxın və orta şərq ölkələrində, ümumiyyətlə, ərəb dünyasında gedən proseslər Azərbaycana təsir edə bilməz. Bu barədə SİA-ya açıqlamasında AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili Gövhər Baxşəliyeva deyib. O bildirib ki, ərəb ölkələrində əhalinin səviyyəsi, vəziyyətini bilən kimsə həmin hadisələrin Azərbaycana təsir edəcəyinə inana bilməz. Hər ölkənin öz problemlərinin olduğunu deyən millət vəkili qeyd edib ki, Azərbaycan xalqı ərəb ölkələrinin əhalisi ilə müqayisədə intelektual, mədəni, gündəlik yaşayış baxımından qat-qat yüksəkdə durur.
"Hesab edirəm ki, o hadisələr Azərbaycana təsir edə bilməz. Son 10 illər ərzində ərəb dövlətlərində ətalət hökm sürürdü. Onlar elə bilirdi ki, hər şey qaydasındadır, amma əslində belə deyildi. Əhalinin 40%-i Tunisdə, 30%-i Liviyada yaşayırdı və əhalinin çoxu kasib vəziyyətdə idi. Bu ölkələrdə baş verən ixtişaşlarda əsas həlledici rolu gənclər arasında işsizlik oynayırdı. Dövlət bu problemləri vaxtında həll edə bilmədi. Ölkədə müasir, yüksək səviyyədə təhsil alan gənclər üçün heç bir perspektiv yox idi. Bununla yanaşı, dünya iqtisadi böhranı, gündəlik ərzaq məhsullarının qiymətinin artmasının hamısı bu proseslərdə mühüm, əsas rol oynadı. Ancaq bu proseslərin Azərbaycanda baş verməsi heç cür mümkün deyil. Azərbaycan iqtidarı tez bir şəkildə cəmiyyətdə mövcud olan problemlərə cavab verdi. Gənclərin işlər təmin olunması və digər problemlərin həlli baxımından işlər görüldü. Cənab prezident gənclərlə görüş keçirdi, onların problemlərini, fikirlərini dinlədi. Gənclər fondunun yaradılması barədə razılığa gəlinib və indi onun hazırlanması istiqamətində ümumi razılığa gəlinib. Ərəb dünyasında baş verən hadisələrin Azərbaycanda heç bir təsiri olmamalıdır və bunların qarşısının alınması üçün bütün qabaqcıl işlər görülür", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB