"SOCAR-ın heç bir platformasında partlayış baş verməyib" - Şirkət rəsmisi

"SOCAR-ın heç bir platformasında partlayış baş verməyib" - Şirkət rəsmisi

"SOCAR-ın birbaşa nəzarətində olan dəniz platformalarında və sənaye obyektlərində hər hansı qəza baş verməyib, iş normal rejimdə davam edir".

SİA SOCAR-a istinadən bildirir ki, "Ələt istiqamətində dənizdə müşahidə olunan partlayışla əlaqədar ilkin ehtimal palçıq vulkanının püskürməsidir".

SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib ki, partlayış "Ümid" yatağından 10-12 km aralıda olub. SOCAR-ın heç bir platformasında partlayış baş verməyib.

***

Saat 22:30

Xəzər dənizində partlayışla müşahidə olunan yanğın baş verib.

SİA-nın məlumatına görə, yanğınla bağlı dəniz sahilindən çəkilmiş görüntülər sosial mediada yayılıb.

Yanğının baş vermə yeri və səbəbi barədə hələlik rəsmi məlumat yoxdur.

Video

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com