Millət vəkili: “Avtomobillərin texniki baxışı prosesində şəfafflığın təmin olunması məqsədilə islahatların aparılması zəruridir”
Azərbaycanda avtomobillərin texniki baxışdan keçirilməsi prosesində süründürməçilik hallarının aradan qaldırılması üçün şəffaf mexanizmin yaradılmasına ehtiyac var. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib. Onun sözlərinə görə, texniki baxış prosesində şəfafflığın təmin olunması məqsədilə islahatların aparılması zəruridir: "Ölkədə şəffaflığın təmin olunması istiqamətində həyata keçirilən islahatlar avtomobillərin texniki baxışdan keçirilməsi prosesində də şəffaflığın təmin olunmasına gətirib çıxaracaq".
Əli Hüseynli bildirib ki, bu sahədə şəffaf mexanizmin qurulması üçün aidiyyəti qurumlarla iş aparılmalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB