Bu cür müsabiqələr onlayn və çap medianın inkişafını stimullaşdıracaq - QURUM RƏHBƏRİ ŞƏRH ETDİ
Xəbər verdiyimiz iyulun 1-də Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn və çap media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqənin qalibləri açıqlanıb. Müsabiqədə 39 onlayn, 18 çap media subyektləri qalib gəlib.

SİA-ya müsabiqə ilə bağlı fikirlərini bölüşən "BİG Media" MMC-nin direktoru Emil Əkbərov bildirib ki, onlayn medianın inkişafı üçün yeni mərhələ başlayıb: "Medianın İnkişafı Agentliyinin keçirdiyi müsabiqə və nəticəsi bir daha onu göstərdi ki, bu sahədə aparılan islahatlar, qəbul edilən qərarlar onlayn və çap mətbuatının inkişafı ilə yanaşı, həm də milli informasiya resurslarımızın fəaliyyətinin təkmilləşdirilməsinə ciddi töhfələr verəcək. Onlayn media üçün ayrılan maddi yardım saytların iqtisadi gücünün möhkəmləndirilməsi və təkmilləşdirilməsi üçün şərait yaradacaq. Düşünürəm ki, bu müsabiqə Medianın İnkişafı Agentliyi ilə yanaşı bizim üçün də ilk təcrübədir. Hesab edirəm ki, bu təcrübə kifayət qədər uğurlu alındı və qarşıdakı dövr üçün böyük vədlər verir. Həmçinin tətbiq edilən yeni metod qiymətləndirmə prosesində ola biləcək manipulyasiyaları dəf etmiş olur".
Emil Əkbərov qeyd edib ki, Azərbaycan mediasında yeni inkişaf mərhələsi başlayıb: "Bu cür müsabiqələrin davam etdirilməsi onlayn və çap medianın inkişafını stimullaşdıracaq. Keçirilən müsabiqə bir daha sübut etdi ki, jurnalistlərin fərdi bilik və bacarıqlarının inkişaf etdirilməsi, onların potensiallarının üzə çıxarılmasını özünə prioritet seçən Medianın İnkişafı Agentliyi qısa müddət ərzində Azərbaycanın media məkanında çox böyük işlər görməyi bacardı. Əminəm ki, agentliyin onlayn və çap mediamızın inkişaf etdirilməsi istiqamətində atdığı addımlar mətbuatımızın arzuladığımız səviyyəyə çatmasına böyük töhfə verəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB