"İndiki şərtlər əvvəlkindən tamamilə fərqlidir" - Əhməd İsmayılov

"İndiki şərtlər əvvəlkindən tamamilə fərqlidir" - Əhməd İsmayılov

"Bundan əvvəl Azərbaycanda onlayn media subyektləri üçün müsabiqələr keçirilməyib. Lakin indiki şərtlər əvvəlkindən tamamilə fərqlidir, yəni, bu müsabiqələr əvvəlki ənənənin davamı deyil. Biz həm qəzetin dizaynını, həm də məzmununu dəyərləndirmişik". SİA xəbər verir ki, bu sözləri Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bu gün keçirdiyi mətbuat konfransında deyib.

İcraçı direktor bildirib: “Köhnə ənənələrdən ciddi fərqlərdən biri də odur ki, redaksiyalara göstərilən maliyyə yardımlarının xərc istiqamətləri artıq müəyyən edilib. Həmin tələblərə riayət edilməsinə MEDİA tərəfindən xüsusi nəzarət olunacaq. Bu müsabiqələr heç də köhnə ənənələrin davamı kimi qiymətləndirilə bilməz”.

Onun sözlərinə görə, aparılacaq monitorinqlər zamanı yardımın təyinatı üzrə istifadə olunmadığı müəyyən edilsə, o zaman maliyyə yardımı dayandırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə