Maliyyə yardımları növbəti 6 ay üçün nəzərdə tutulub - MEDİA-nın İcraçı direktoru

Maliyyə yardımları növbəti 6 ay üçün nəzərdə tutulub - MEDİA-nın İcraçı direktoru

Media subyektlərinə maliyyə yardımlarının ayrılması növbəti 6 ay üçün nəzərdə tutulub. Qaydalara əsasən 6 ay ərzində müəyyən olunmuş media subyektlərinin bizim tərəfimizdən maliyyələşməsi həyata keçiriləcək. SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Medianın İnkişaf Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov deyib.

Onun sözlərinə görə, bu maliyyə dəstəyi məqsədyönlüdür: "Əsas məqsəd həmin media subyektlərinin iqtisadi müstəqilliyidir. Müsabiqənin qalibləri ilə görüşlər keçiriləcək və onlarla müqavilə imzalandıqdan sonra maliyyələşmə həyata keçiriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə