Azərbaycan Tələbələr Birliyinin Gənclər və İdman Nazirliyi ilə birgə həyata keçirdiyi "Tələbələrin İKT biliklərinin artırılması" layihəsi davam etməkdədir. SİA-nın xəbərinə görə, layihənin əsas məqsədi tələbələr arasında informasiya texnologiyaları ilə bağlı maarifləndirmə işi aparmaq, Qarabağ və ölkəmizlə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün sosial şəbəkələrdən istifadəni təbliğ etməkdir.
Artıq layihə çərçivəsində tələbələrlə bir neçə görüş gerçəkləşib. Sonuncu görüş isə Azərbaycan Müəllimlər İnstitutda olub. 50-ə yaxın tələbənin iştirak etdiyi görüşdə daha çox sosial şəbəkələr, onlardan səmərəli istifadə yolları, blogların yaradılması və s. kimi məlumatlar verilib. Görüş zamanı, həmçinin, "facebook, twitter" kimi sosial şəbəkələrdə düzgün təbliğat işinin qurulması da müzakirə olunan məsələlərdən olub. Görüşün sonunda tələbələri maraqlandıran suallara cavab tapılıb.
Bu cür görüşlərin daha da davamlı olması və daha çox tələbənin layihədən yararlana bilməsi üçün digər universitet, orta ixtisas təhsil müəssisələrinin də layihəyə cəlb edilməsi planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB