Son bir ilin ən böyük xalçası kəsilib - FOTOLAR

Son bir ilin ən böyük xalçası kəsilib - FOTOLAR

Bu gün “Azərxalça”nın Qobu emalatxanasında son bir ildə toxunan ən böyük ölçülü xalça kəsilib. Xalçanı beş ay müddətində 4 toxucu xanım toxuyub. SİA xəbər verir ki, Quba məktəbinə aid "Pirəbədil" çeşnisi ilə toxunan xalça 24 kv. metrdir.

Bu, fəaliyyət göstərdiyi müddətdə Qobu emalatxanasında kəsilən dördüncü böyük ölçülü xalçadır.

Xatırladaq ki, böyük kvadratlı (24-25kv.metr) xalçaları toxumaq üçün “Azərxalça”nın hər bir emalatxanasında 2 böyük ölçülü xalça dəzgahı mövcuddur.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə