İnsanları oturduğu yerdə niyə yuxu tutur? - ŞOK FAKTLAR - HƏKİM DANIŞDI
“Bildiyimiz kimi, insan orqanizmi bütün gün ərzində fəaliyyət göstərir. Lakin, bədənimizdə olan bütün orqanların dinlənməyə ehtiyacı var. Bu dinlənmək əsasən, yuxu halında, yəni yatarkən mümkün olur. Lakin, bəzən olur ki, insanlarda anormal yuxusuzluq meydana çıxır”. Bu sözləri SİA-ya açıqlamasında həkim infeksionist Xatirə Əliyeva deyib.
Onun sözlərinə görə, yuxusuzluğun meydana gəlməsi iki cür olur: “Birincili və ikincili yuxu pozuqluğu. Birincilik ola bilər ki, səbəbi bilinmədən olsun. Yəni, hər hansı bir problem nəticəsində olur. Lakin, elə insanlar var ki, 3-4 saat yuxulamaqla öz problemlərini həll edirlər. İkincili yuxu pozuqluqları isə müxtəlif səbəblərdən olur. Məsələn, stress nəticəsində olan yuxusuzluq. Bu summatik beyin və mərkəzi sinir sisteminin ayrı-ayrı xəstəliklərində müşahidə olunur. Bunlara mədə ağrıları, ayaq və bel nahiyyəsində olan ağrılar, müxtəlif onkoloji problemlər nəticəsində olan ağrılar, depressiya, panikatak aiddir”.
Həkim sözlərinə belə davam edib: “Həmçinin, bəzi insanlar var ki, yerini, çarpayısını dəyişib fərqli yerdə yatdıqda və ya işdə, evdə olan müəyyən bir dəyişiklik nəticəsində onlarda yuxusuzluq baş verir. Əgər yuxusuzluq 3-4 gün müddətindən bir həftəyə qədər davam edirsə, belə insanlara nevropatoloqa müraciət etmək məsləhət görülür”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB