Əlillik təyin edilən zaman yeni tətbiqlər olacaq - RƏSMİ

Əlillik təyin edilən zaman yeni tətbiqlər olacaq - RƏSMİ

Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində təkrar qiymətləndirmə nəticəsində əlillik yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla əlilliyi olan şəxs hesab ediləcək. SİA xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Layihə əlilliyi olan şəxslərin sosial təminatının gücləndirilməsi məqsədilə hazırlanıb.

Həmin müddət üçün vətəndaşın sosial ödənişlərinin aparılmasını təsbit edən dəyişiklik, əlilliyi olan şəxslərin sosial təminatının daha da yaxşılaşdırılmasını nəzərdə tutulub. Milli Məclis enerji resursları barədə yeni qanun layihəsini üçüncü oxunuşda qəbul edib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə